hacklink Adalet.az | Vergilər Nazirliyinin strukturu təsdiq edilib - SƏRƏNCAM Adalet.az | Vergilər Nazirliyinin strukturu təsdiq edilib - SƏRƏNCAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Vergilər Nazirliyinin strukturu təsdiq edilib - SƏRƏNCAM

14193    |   2019-07-24 17:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vergilər Nazirliyinin strukturu təsdiq edilir.

Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

Milli Gəlirlər Baş İdarəsi;

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

"Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilir.




İmza:

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

“YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Vasif Talıbovdan sərəncam - Onların maaşlarını 50 faiz artırdı

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK