viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda daha bir klub bağlanır? – Rəsmi açıqlama Adalet.az | Azərbaycanda daha bir klub bağlanır? – Rəsmi açıqlama Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Azərbaycanda daha bir klub bağlanır? – Rəsmi açıqlama

11311    |   2019-07-24 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gündən etibarən bəzi mətbu orqanlarda guya "Səbail” klubunun fəaliyyətinin dayandırılması, futbolçuların komandadan kənarlaşdırılması ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılmaqdadır.

Bunu Bakının "Səbail” futbol klubunun icraçı direktoru Ramin Həsənov deyib.

O, Topaz Premyer Liqasının bürünc mükafatçısının fəaliyyətini dayandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. R. Həsənovun sözlərinə görə, bu məlumatlar həqiqətə uyğun deyil: "Bəli, həqiqətən də, iyulun 22-də "Səbail”də klubdaxili iclas keçirilib. Burada qeyri-adi nəsə axtarmağa gərək yoxdur. Çünki istənilən klubda bu cür iclaslar vaxtaşırı keçirilə bilər və keçirilir də. Futbolçularla ötən mövsümün yekunları, Avropa Liqasında keçirilmiş oyunlar barədə söhbətimiz olub, digər cari məsələlər barədə müzakirələr aparılıb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, ödənişlərdə müəyyən gecikmələr var və mövsüm ərzində bu cür halların yaşanacağı istisna olunmur. Lakin klub hər bir futbolçu qarşısında üzərinə düşən öhdəliyi yerinə yetirəcək”.

Komanda rəsmisi klubun mətbuat xidmətinə açıqlamasında məşqçi heyəti və futbolçulara bu barədə danışmağın qadağan olunduğunu da deyib: "Təəssüf ki, ya iclasda iştirak edən və bu məlumatı ictimailəşdirən bəzi şəxs və ya şəxslərin səhv təqdimatı, ya da bəzi mətbu orqanlarda yanlış anlaşılma ucbatından məsələnin həqiqətə uyğun olmayan interpretasiyası ilə rastlaşırıq. Ötən gündən bəri yayılmış söz-söhbətlərin, spekulyativ informasiyaların olmaması üçün klubumuzun məşqçi və futbolçu heyətinə bildirmişik ki, bu məsələ ilə bağlı açıqlama verməsinlər. Çünki hər hansı yanlış ifadə sonda klubla bağlı həqiqətə uyğun olmayan məlumatların vüsət almasına gətirib çıxarır.

Birmənalı şəkildə bəyan edirəm ki, klubun fəaliyyətini dayandırması və ya dağılması barədə deyilən və yazılanların heç bir əsası yoxdur. "Səbail” böyük tarixə malik klub deyil. Lakin qısa fəaliyyət müddəti ərzində müəyyən nəticələrə nail olmağı bacarmış klubdur. "Səbail”in ötən mövsüm bürünc medal qazanması və Avropa Liqasına vəsiqəni təmin etməsi kifayət qədər uğurlu nəticədir. Amma bu müvəffəqiyyət başgicəlləndirici effekt yaratmamalı, bizi eyforiyaya salmamalıdır”.

R. Həsənov bildirib ki, uzunmüddətli strateji məqsədlər uğrunda çalışmağı hədəfləyiblər: "Klubumuzda çox yaxşı uşaq-gənclər akademiyasının yaradılması istiqamətində işlər görülür. Böyük təcrübəyə malik hollandiyalı mütəxəssis akademiyanın fəaliyyətinə rəhbərlik edir. Yəni əsas məqsədlərimizdən biri "Səbail” futbol akademiyasının müasir tələblər və standartlar əsasında fəaliyyətini təmin etməkdir. Digər vacib məsələ Premyer Liqada rəqabətədavamlı kollektivin olmasıdır. Düşünürəm ki, bu potensialımız da var. Üçüncü vacib istiqamət isə "Səbail”in əsas komandasının heyətində yerli və gənc futbolçuların çıxışına daha çox şəraitin yaradılmasıdır. Bununla, eyni zamanda, Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaq futbolçularla bağlı seçim imkanını genişləndirə bilərik. Bir faktı qeyd edim ki, UEFA Avropa Liqasında keçirdiyimiz hər iki oyunda start heyətində yerli futbolçuların sayı legionerlərdən çox olub. Bakıdakı oyunda "ilk 11-lik”də 6, səfər qarşılaşmasında isə 7 yerli futbolçu meydana çıxıb. Bu, bizi çox sevindirir. Əlbəttə, bütün bu proseslərdə legioner futbolçuların da öz yeri və payı olacaq. Lakin gələcəyə hesablanmış strategiyamıza uyğun olaraq, legioner futbolçuların sayının çox olmasını planlaşdırmırıq. Heç indi də "Səbail”in heyətində legionerlərin sayı çox deyil”.

O, "Səbail”in uzunmüddətli strateji yanaşma olaraq 3 əsas istiqamət üzrə fəaliyyətini davam etdirəcəyinə və qarşıya qoyulan hədəflərə çata biləcəklərinə ümidvar olduğunu vurğulayıb.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK