hacklink Adalet.az | Baş prokurorun birinci müavini İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək Adalet.az | Baş prokurorun birinci müavini İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Baş prokurorun birinci müavini İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək

4563    |   2019-07-24 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il avqustun 2-də saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14


VİDEO