"Gəncə Avtomobil Zavodu" daha bir yeniliyə imza atıb
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) daha bir yeniliyə imza atıb. Müəssisə Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq memorandumu barədə razılığa gəlib.
Sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servizin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, digər məsələlərdə əməkdaşlıq edəcəklər.
Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur "Sampo" firmasından gəlib. Memorandumun imzalanma mərasimində gələcəkdə əməkdaşlıq planları müzakirə olunub. Memorandum "Sampo" şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və "Gəncə Avtomobil Zavodu" İB adından direktor müavini Elşən Məmmədov imzalayıblar.
Digər Xəbərlər
24 Aprel 2024 17:49
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edi
24 Aprel 2024 14:55Büdcəyə yenidən baxılsa, bu sahələrə vəsait ayrılacaq
24 Aprel 2024 09:53Azərbaycan nefti bahalaşıb
24 Aprel 2024 09:13Bu günə olan valyuta məzənnələri
23 Aprel 2024 14:55