viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq…” – TAHİR SÜLEYMANOV YAZDI Adalet.az | “Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq…” – TAHİR SÜLEYMANOV YAZDI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq…” – TAHİR SÜLEYMANOV YAZDI

12140    |   2019-07-25 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

PFL-dən zəng gəldi, uzun illərdən sonra ölkə çempionatında "Qarabağ” ev oyununu Ağdamda keçirəcək, "İnter”i qəbul edəcəkdi.

Görüşü izləməyə dəvətlə yanaşı gedib-getməməyim öyrənildi…

Ani anda "İmarət” stadionunda meydana çıxdığımız anlar göz önünə gəldi. 20 ilə yaxın vaxt keçmişdi…Təşəkkürümü bildirərək mütləq oyuna gedəcəyimi bildirdim…

2009-n mayı idi. "Bu gün Quzanlıya, sabah Ağdama” şüarı ilə jurnalistlər, rəsmilər, qonaqlar avtobusla Qarabağa yola düşdü…

Yol heç də uzaq gəlmədi, uzaqlıq 16 ilin həsrəti idi. Quzanlıya yaxınlaşdıqca insanlar bizləri salamlayır, üzlərində sevinc, ruh yüksəkliyi, sabaha inam hissi görünürdü…

Qarşılaşmaya saatlar qala tribunalar tam dolmuşdu. Azarkeşlər komandaların isinmə hərəkətlərini belə coşquyla qarşılayır, sanki oyun başlamış kimi həyəcanlanırdılar…

Qəribə əhval yaşanırdı. Sabaha ümid qığılcımı ilə yanaşı gözlərimizin dərinliyində bir kədər, qisas hissi var idı. Yaxın-uzaq baxışlarla "İmarət”i axtarırdıq, "bu gün Quzanlıya, sabah Ağdama”…

Qarabağa, Quzanlıya tək futbol qayıtmamışdı, sabaha inam, insanlarda birlik, qələbə ruhu oyanmışdı. Tribunalarda olan minlərlə soydaşımız özlərini səngərlərdə bilirdilər. Oyunun nəticəsi əhəmiyyətli deyildi, o gün futbolda milli ruhun qayıdış günü idi…

"Neftçi” ilə Quzanlıya çox səfərlər etmişik. Şəraitin olmamasını hər kəs bilir. Mingəçevirdə məskunlaşıb oyun günü 100 km-dən çox yol qət edirdik, bir gün öncə oynayacağımız meydanda məşq də etmirdik…

Peşəkarlıqda qeyd etdiklərim çox önəmli məsələlərdi. Mütləq çempionluğu hədəfləyən komanda üçün daha təsiredicidi. Bunlar ruhumuzda da deyildi, bəhanələr də etmirdik, çünki ruhumuz torpaqla döyünürdü…

Quzanlı yolçuluğu, şəraitə görə heç kim narazılıq edə bilməzdi. Narazılıq edən bizimlə birgə, klub/komandada ola bilməzdi. Qarabağa futbol qələbəsi deyil, torpaq qələbəsi arxasınca gedirdik…

Quzanlı stadionunda qələbə də qazanmışıq, heç-heçə də etmişik, məğlub da olmuşuq. Ruhumuzda isə hər dəfə qalib idik. Tək biz yox, o meydanda oynayan bütün komandalar, fanatlar, azarkeşlər qalib idi…

Tribunalarda "Neftçi”, "Qarabağ” azarkeşlərinin birgə vəhdət təşkil edərək səsləndirdikləri "Qarabağ bizimdi-bizim olacaq” şüarını düşmənlərdə eşidirdi. Hər kəs hər an səngərlərə atılmağa hazır idi…

Quzanlıda keçirilən oyunlar futbola, xalqa, Azərbaycana ruh verirdi və bu ruh sabahın qələbə ruhu idi. Bunu Qarabağ torpağına ayaq basan legionerlər də hiss edirdilər. Bu qədər problemləri olan xalqın döyüş ruhunu, birliyini görürdülər…

İndi isə rahat "Bakı birinciliyi”nin "torqovı”sında qəlyan çəkirlər, elə yerli futbolçularımızla bir yerdə. Ağdam nədi, heç Quzanlı da yada düşmür. Sabahın ümidləri Abşerona dönüb. "Sabah”lar Qarabağda yox, Bakıda göz açır. Bölgələrdə günəş söndürülüb, səhər açılmır…

Milli ruh öldürüldükcə ruhsuzlar yetişir, yetişdirilir, məğlubiyyət psixologiyası, yüngül həyat tərzi beyinlərə yerləşdirilir. Hələ əyinlərinə milli forma da geyindirilir.

Milli oyanış, təfəkkür, düşüncə olmayan yerdə qələbə qazanıla bilməz. Məğlub psixologiyalılar ruhsuz ölü kimidilər. "Ölüdən” nə futbol oynayan, nə də torpaq qaytaran olmaz…

Canlı meyit kimi davranan, vargəl edən ölü ruhlarımız oyananda Agdam da, Qarabağ da, elə futbolumuz da qayıdacaq. Onda "İmarət”də futbol da oynayarıq…

Hələ ki, illər sayılır… İşğal günü dünyaya gələn körpənin artıq 26 yaşı var. Silah tutub əldən buraxmayan vaxtlarıdı…

Tahir SÜLEYMANOV,

Hakim




İmza:Etikxeber.az
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK