adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2019 17:15
21032
İDMAN
A- A+

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ”ın İrlandiyanın "Dandok” klubu ilə oyununun hakimləri müəyyənləşib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək cavab oyununu SveynOdvar Moen idarə edəcək.

Bu hakim 2013-cü ilin iyunun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən görüş olan Çexiya – İtaliya matçında daha çox məşhurlaşıb. Belə ki, həmin matçda qonaq komandanın məşhur hücumçusu Mario Balotelli qırmızı vərəqə ilə meydandan qovulub.

Ona Maqnus Lundberq, İsaak Elias Şeset Başevkin laynsman qismində və Siqurd Krinqstad dördüncü hakim qismində kömək edəcək.

Qeyd edək ki, bu oyun iyulun 31-də saat 21:00-da "Dalğa Arena”da keçiriləcək.