viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir həkimin bir neçə klinikada işləməsi doğrudurmu? Adalet.az | Bir həkimin bir neçə klinikada işləməsi doğrudurmu? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Bir həkimin bir neçə klinikada işləməsi doğrudurmu?

2117    |   2019-07-23 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəsmi statistikaya əsasən, ölkədə 500-dən çox özəl tibb müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə çalışan personalın sayı 10 minə yaxındır. Bir çox həkimlər isə eyni vaxtda bir neçə klinikada qeyri-rəsmi fəaliyyət göstərir.

Bu sözləri Vergilər Nazirliyinin Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov deyib.

Onun sözlərinə görə, bu səbəbdən bir çox hallarda vergi öhdəlikləri düzgün şəkildə yerinə yetirilmir:

"Vergilər Nazirliyi 2018-ci ildə bir sıra tibb müəssisələri üzrə 230 milyon manatdan çox dövriyyənin dövlət büdcəsindən gizlədildiyini müəyyən edib. Nəzərə alsaq ki, bu rəqəm yalnız yoxlama aparılan müəssisələrə aiddir, o zaman səhiyyə sahəsi üzrə "kölgə iqtisadiyyatı”nın ümumi həcminin bundan qat-qat yüksək olduğu aydın olar.

Səhiyyə sahəsində "kölgə iqtisadiyyatı”nın mövcudluğunu şərtləndirən əsas amillər tibbi xidmətlərə görə ödənişlərin nağd şəkildə edilməsi və həkimlərin qeyri-rəsmi olaraq eyni zamanda bir neçə klinikada fəaliyyət göstərməsidir. Bu, dövlət büdcəsinə daxil olmalı olan vergilərin azalmasına gətirib çıxarmaqla yanaşı, əhalinin gəlir səviyyəsinin düzgün müəyyən edilməsi məsələsində də çətinliklər törədir”.

M.Kazımov səhiyyə sahəsində "kölgə iqtisadiyyatı”nın üstünlük təşkil etməsinin mövcud qanunvericilik bazası ilə əlaqədar olduğunu deyib:

"Səhiyyə sahəsində şəffaflığın təmin edilməsi üçün mövcud qanunvericilik və inzibatçılıq nəzərdən keçirilməli və nəticədə, müasir iqtisadi tələblərə cavab verən qanunvericilik bazası formalaşdırılmalıdır. Bu qanunvericilik bazasının yaradılması üçün bir sıra təkliflərin nəzərdən keçirilməsi məqsədəuyğun olardı.

Mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə dövlətin apardığı islahat tədbirləri vergi ödəyicilərinin öz öhdəliklərini vaxtında yerinə yetirməsini təmin etməklə yanaşı, büdcə daxilolmalarını da artıracaq. Dövlət tərəfindən nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı atılan addımlar isə birbaşa islahatların effektivliyinin yüksəlməsinə xidmət edəcək”.

O, nəzərdən keçirilməsi arzu olunan təklifləri də sadalayıb:

"Hər hansı tibb ocağında muzdla çalışan həkimin digər bir tibb ocağında VÖEN təqdim edərək fəaliyyət göstərməsinin qanuna zidd hesab olunmasını aradan qaldıracaq amillərə yenidən baxılmalıdır. Əmək Məcəlləsinin 67-1-ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həmin işçilərin "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyadan müvəffəqiyyətlə keçən həkimin VÖEN vasitəsilə xidmət müqaviləsi əsasında fəaliyyətini təmin edəcək imkanlar nəzərdən keçirilməlidir.

Bundan başq, "Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, "özəl tibb fəaliyyəti”lisenziya tələb edilən fəaliyyət olduğundan, digər tibb ocağında fəaliyyət göstərmək istəyən tibb işçisinə (mütəxəssisə) bu qanunun tətbiqi zamanı fərdi sahibkar kimi yanaşılmalı və ödəniləcək dövlət rüsumunun diferensiallaşdırılması prinsipi tətbiq edilməlidir”.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK