adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2019 14:56
21931
İDMAN
A- A+

Dünyanın ən bahalı futbol klubları - REYTİNQ

"Forbes” jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib.

REN TVxəbər verir ki, Madridin "Real” klubu reytinqin birinci pilləsində qərarlaşıb.

Nəşrin məlumatına görə, "Real”ın dəyəri 4,42 milyard dollardır.

Reytinqin ikincisi dördmilyard dollar dəyəri olan İspaniyanın digər təmsilçisi- "Barselona” klubudur.

İlk üçlüyü isə "Mançester Yunayted” tamamlayır. İngiltərə klubunun dəyəri 3,8 milyard dollar qiymətləndirilir.

İlk beşliyə müvafiq olaraq Almaniyanın "Bavariya” (üç milyard dollar) və İngiltərənin "Mançester siti” (2,69 milyard dollar) klubları da daxildir.