viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB? Adalet.az | Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?

3684    |   2019-07-23 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanılır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: "Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazilişı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin. Bu düzəlişlərin nədən ibarət olacağını hələ dəqiq deyə bilmərəm”.

M.Nağısoylu əlavə edib ki, yeni orfoqrafiya lüğətinə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz daxil edilib, hazırkı lüğətdə mövcud olan təxminən 1000 söz isə lüğətdən çıxarılıb:

"Lüğətdən çıxarılanlar qondarma, ikivariantlı sözlərdir. Bəzi sözlər həmin lüğətdə ikivariantlı yazılıb. Məsələn, lüğətdə altun da, altın da, adəm də, adam da, nəqqaş da, naqqaş, adinə də, adına da var. Onlarla bağlı müzakirələr aparmışıq, sonda belə ikivariantlı sözlərin yalnız birini yeni lüğətdə saxlamışıq. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Məsələn, yeni lüğətdə naqqaş yox, nəqqaş, adəm yox, adam, altın yox, altun, adinə yox, adına yazılıb. "Adinə" sözü adına sözünün klassik variantı olsa da, dilimizdə daha çox işlək olan "adına" sözünü saxlamışıq".

Akademik qeyd edib ki, hazırkı lüğətdə iki variantda yazılan sözlərin sayı 100-ə yaxındır. Yeni lüğətə isə həmin sözlərdən dilimizdə daha çox işlək olanı daxil ediləcək, buna görə də əvvəllər iki variantda yazılan sözlərin 50-yə yaxını lüğətdən çıxarılacaq.

M.Nağısoylu yeni lüğətdə ümumilikdə 110-115 min sözün olacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.




İmza:

Milli Parkda yanğın: Helikopter göndərildi - Yenilənib

Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olunacaq

Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanaya yerləşdirildi

50 qəpik verib keçdiyimiz asma körpü: Hər il yığılan altı min manat hara xərclənir?

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir

Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib

Dağda köməksiz qaldı, FHN xilas etdi

Daha 109 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verildi - Proqram 93 faiz icra olunub

Traktor qaz xəttini zədələdi, 400 adam qazsız qaldı

"Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritikdir" - Nazirlik

Saxta içkilər istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

SON XƏBƏRLƏR
2019-08-21
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK