adalet.az header logo
  • Bakı 13°C
23 Iyul 2019 12:14
77980
ƏDƏBİYYAT
A- A+

EŞQ və AYRILIQ

Əsl sənəti qrafik dizaynçı olan Kövsər Yaşıldaş mənəvi dünyasından təsirlənərək təsəvvüf aləmindən bəhs edən kitablar yazaraq bu sahədə birincilər sırasına girmişdir. O 2010-cu ildə ilk çıxan "Kvant fizikası və Kvant düşüncəsi” elmi və fəlsəfi kitabı ilə tanındı. "Ənə'l Həqq” kitabı ilə sevildi. Təsəvvüf mövzulu ,”İbn Ərəbi- Arif üçün din yoxdur”,Həllac Mənsur-Gizli bilgi”,”Eşqə vardıqdan sonra qanadı neylər”,”Sənin adın eşq”,”Hüruf- batini qapılar”,”Lədün elmi” və başqa mistik yönlü əsərlərin müəllifidir.Əsərləri Amazon yayınları tərəfindən dünyaya yayılmışdır.Hazırda bir neçə qəzetdə köşə yazarıdır.

Xatırladaq ki, bir zaman çox məşhur olan "Möhtəşəm Yüzil'də Pargalının Xədicə Sultana dediyi sevgi sözləri yazarın "Ənə'l Həqq” əsərindən alınmışdır. Yazarın Ayişə Nəbi ilə silsilə söhbətlərindən birini təqdim edirik.

***

Türkiyəli yazar Kövsər Yaşıldaşla Ayişə Nəbinin varlıq və yaradılış mövsuzunda mistik söhbəti.

Ayişə Nəbi: Təkamül nəzəriyyəsimi, Kün fə yekunmu? Çağlar boyunca Kainatın və varlıqların yaradılışına çeşidli açıqlamalar verilmişdir.Hər iki fikir yetərincə tərəfdar tapmış, bir çox yanaşma tarixə düşmüşdür. İnandırıcı izahlar verilsə də şübhə hər zaman oyaqdır və ağıllar hələ sual işarəsinin kölgəsindədir. Təkamül nəzəriyyəsi zamana bağlıdır, hərəkət öz özünə baş verir və zamanla irəliləyir.İlk hərəkətverici yenə sualdır.İlk hərəkətə gələn nədir, o da sualdır.İlk yaradılıış üçün ilk hərəkət şərtdir, yaxşı materiya yoxsa ilk hərəkət nəyə aiddir, yaxud da materiya olsa belə hərəkət verici qüvvə olmadan materiyada tərpəniş ola bilərmi.Daxili enerjisi, iç titrəşimləri deyirsinizsə, o belə hərəkətdir. Yaradılış ‘Ol’əmri ilədirsə, yəni o yenə də hərəkətə bağlıdır, hərəkət də maddiyə aiddir. Ol dedi və oldu, ilk olan nə idi.Ol deməklə zamandan kənar maddə yarandı və sonra zamana bağlandı.Ol deməklə söz maddəyə dönüşdü bəlkə.Maddi olan yoxdursa, var olan bir tək Rəbdirsə, o zaman ilk hərəkəti ifâ edən və yapan nə idi?

Kövsər Yaşıldaş: Yaradan olan Mütləq Allah Ol əmri ilə ilk hərəkəti, ilk vibrasiyanı, ilk rezonansı, ilk titrəşimi yaratdı. Və açığa çıxan, yoxdan vara gələn isə Allahın isimləri, yəni əsmaları və sifətləri olmaqdadır. Elə bu özünü sonsuzca açığa vuran isim və sifətlər həm maddi, həm mənəvi olaraq hərəkətlənmələri, yaradımalarına davam edir. Və bütünü bir olan Yaradanın Zatı olan cövhərindən bəslənir. Bir ayrılıq yoxdur əslində. Görüntüdə olan bir ayrılıq var.Yaradıcı Ol deyəndə olduqca inandırma qabiliyyətinə sahipdir və Orijin deyilən Qarışıqsız və Som olan Hərflər ortaya çıxma mənasında tərəddütsüzdülər və əmri alan kimi yaratmağa başladılar. Çünki Sahib, bunun necə ediləcəyini çox yaxşı bilirdi. Yoxdan varlığa bir çıxış deyil, əksinə var olanı oyandırmaq və hərəkətə keçirmək arzusu. İnandırmada çox güçlü bir xəbər veriş mövcuddur. İlk hərəkət, Orijin Hərflərə "yaratmada özgürsünüz” mesajı. Madəm ki isimlər və sifətlər maddənin tüm özünə enmiş və yaratmada böyük rolu var. O halda əksetmələrini bilmək deə gərəkdir. Çünki Allah isimləri və sifətləri hər zərrəyə möhrünü vurur və orada maddəye şəkil verir. Yaxşı insan da belə bir qabiliyyətə sahibdirmi? Bu sualın cavabını hər kəs özü verə bilər. Yaratma Ol deyəndə varlıq sifətini işlətdi. Yoxsa ağzımı vardı Ol deyəcək. Varlıq sifətini da insana bəxş etdi. Daha doğrusu varlıq sifəti insani idi. Biz də o insan quramasının əks olunmalarıyıq. Oğullar kəliməsi ilə kimlik qazananlarıq. Nə zaman oğulluq sifətindən insan sifətinə çatmaq mümkün olacaq, o zaman yaratmağa bilinçli bir qatqımız da olacaq. Unutmayaq ki, Ol ilə hər şey ən mükəmməli ilə varlığa hücum etdi. Hər şey qüsursuz və ən gözəl şəkli ilə. Və maddi varlıqlar olaraq hamımız, hər birimiz bu yaradılma və şəkil verməyə bilərək ya da bilməyərək sonsuz sayıda qatqıda bulunduq.

Ayişə Nəbi: Mən yaradılışı Eşq və Ayrılıq olaraq görürəm.Yaradılışa murad etdi. Eşq, yaratdı. Eşq Ayrılıqdır.

Eşq bütün varlığı özündə birləşdirən ümumudünya cazibə qüvvəsidir.Hər şeyi əhatə edir, hər şeydə varlığı diridir.Bəzən "örtüsünə bürünmüş” gizli, bəzən aşkardır, Hər varlıq cansız maddə olsa belə içində bir canlılıq var və o canlılıq o Eşq səssizliyi və donuqluğu ilə bizə özünü yox kimi qələmə verir.Amma içdən içə, eşqini, canlılığını büruzə verir.Məsələn daş bəzən parçalanaraq canlı olduğunu deyir, ya da üstünə düşən bir toxumu cücərdərək eşqini, canlılığını açığa vurur.Gizlinini bildirmək istəyir.

”Bilinmək və sevilmək istədi”. Bu Eşqə olan ehtiyacdır, bu Eşqdir. Eşq tamdır, bütündür. Yaradılış gerçekleşende Rəb yaratdığında özündən bir parça ayırdı, özündən qatdı və özündən qoparıb nəfəsindən üfürdü, ayrılıq oldu, Rəbbin bir parçası ondan ayrıldı və insan oldu. Əzəldə yaradılış öncəsi Eşqdi, yaradılış sonrası Ayrılıq oldu. Beləcə "şamü səhər yanaram” geri dönüb qopduğum Rəbbimə qovuşmaq dilərəm, Ayrılıqdan Eşqə varmak üçün sızlaram. Kövsər xanım Sizcə bu nədir, necədir?

Kövsər Yaşıldaş: Çox çarpıcı bir mövzudur bu "Nəfəsindən üfürdü” ayəti. Yaxşı başa düşülməli və diqqətli izah olunmalıdır. Həqiqət təkdir, əks olunmaları çoxdur. Dünya insanlığı iki həqiqət ilə qarşılaşdı. Hər canlıya toxunan, canlılığın gərəkliliyi üçün ehtiyac olan iki həqiqət: Doğum HəqiqətiÖlüm Həqiqəti. Heç kim , heç bir canlı və canlılıq bu həqiqətdən qaçammaz. Bu iki həqiqət arasına, Anadolu mistikləri, erənləri, vəliləri və arifləri əslində bir həqiqət daha əlavə etdi. Biz Anadolu insanı olaraq, dünya insanlığından bir az çox həqiqət bilgisinə sahibik. Nədir bu üçüncü həqiqət: Nəfəs Həqiqəti. Hər insan dünyaya doğularaq gəlir, nəfəs alır və ölərək bu dünyadan köçür. Bütün canlılar, atom və atomun bölündüyü hissəciklər, təbiət, heyvanlar ağlımıza gələ biləcək hər maddə formları nəfəs alır. Bu nəfəs bəzilərində tənəffüs, bəzilərində titrəşim, bəzilərində şüalanma olaraq üzə çıxsa da, hamısı əslində nəfəsdir. Nəfəsi sadəcə tənəffüs olaraq ələ almaq əksik olacaqdır. Nəfəs, Haqq nəfəsidir. Nəfəs, Haqqın bizə yəni evrənə bəxş etdiyi ən böyük hödiyyədir. Bütün evrən saf bilinç ilə, Haqqın bəxşetdiyi nəfeəsi müntəzəm icra edər və vəzifəsini yerinə gətirir. Heyvanlar, nəbat, ulduzlar, atom və hissəcikləri, daş, torpaq, ağaclar, dağlar, qalaktikalar hər şey buna daxildir. Sadəcə insan, nəfs və ağıl sahibi olduğu üçün nəfəsi daha doğru və şüurlu ötürməsi gərəkdir. Çünkü nəfəs bir əmanətdir. Haqqın əmanəti olan nəfəs yer üzünə insandan axmalıdır, maddəni bəsləməlidir. Eşq ilə. Nəfəs əslində Eşqdir. Allah nəfəsi üfürərkən əslində Eşqini də bəxş etmiş olur. Anadolu erənlərimiz bunu çox yaxşı bilirlər və nəsillər boyu nəfəs bilgəliyini ötürmüşlər. Nəfəsin bilgeliyi Eşqilədir. Hər işi Eşq ilə etmək hər sözə eşqi qatmaqdır. Nəfəsin Haqdan insana əmanətinin məqsədi, Haqq Eşqinin yer üzünə və aləmlərə enə bilməsi və torpağı doyurmasıdır. Buna görə də bircə insan bu əmanəti ğhdəsinə götürmüşdür. Təklif bütün planetlərə və üzərində olan canlılığa təklif edilmiş olsa da, bir tək insan bu əmanəti, öz iradəsi ilə ğhdəsinə götürmüş, doğru yerə doğru zamanda və doğru şəkildə ötürmə vəzifəsini almışdır. Hər insan, bunu mütləq xatırlamalıdır.

Ayişə Nəbi: Allah bütündür, toxdur, doğulmaz doğurmaz, yeməz-içməz, her daim vardır, əzəldir əbəddir.O zaman "Bilinmək və sevilmək istədi” anlayışı niyə ona aid edilir, bu insana aid duyğular deyilmi, buna bir açıqlıq gətirə bilirsinizmi, bilinməyə və sevilməyə Rəb nədən, necə gərək duyar?

Kövsər Yaşıldaş: Haqqın, Allahın, Rəbbin, Onun sevilmək və bilinmək istəməsi mövzusu erənlərin sözüdür. Bilinməyi, sevilməyi istəyən əslində insandır. İnsanın özündə-canında vardır. Öz nədir? Hardadır? Axı demiştik ki "Allah nəfəsindən üfürdü”, Nəfəs eşq idi. İnsanın öz xamuruna qatılan nəfəs yəni eşq idi. O halda insanın sevilmək istəməsi, bilinmək istəməsi, Haqqn sevilmək istəməsi və bilinmək istəməsidir. Mənəviyatda Ayrılıq yoxdur. Ayrılıq maddə şəraitində vardır. Çoxluq olaraq görülən hər şey keçicidir, şəkildir. Hər şey əslinə dönəcəkdir. Eşq demək ayrılıq ilə eyni mənalıdır. Eşq də bir ayrılıqdır. Lakin bütün şüurları, bütün zərrələri bir-birinə bağlayan, bir arada tutan nəhəng bir enerjidir Eşq. Nəfəsin dinamikası Eşqdir. Eşqdən başqa bir şey yoxdur bu aləmdə. Hər şey yox olar, Eşq Baqi qalar. Allah,eşqi ilə bəyan olar, görünər və özünü meydana çıxarar. Bilinmək və sevilmək istəyişi buradan gəlir. İnsan ilə olan qohumluğundan, insan ilə olan can damarı yaxınlığından. Bu qohumluq nəylə olur? Nəfəs ilə olur. Allah nəfəsini insana üfürmüş və Allahın nəfəsini daim edən insandır. Beləcə insanın Haqq ilə olan qohumluğu can damarından yaxın olması nəfəs ilədir. İnsanın ən birinci vəzifəsi əmanət aldığı nəfəsi aləmlərə eşq ilə çatdırmasıdır.

Ayişə Nəbi: Allahın nəfəsini daim edən insandır, amma insanın bir tək nəfəsinə gücü çatmaz, tək bir an, bir saniyə nəfəsini içində artıq tuta bilməz və ya əksik nəfəs ala bilməz.İnsan içində daşıdığı Allaha qarşı gücsüzdür.Qəribədir, həm içində Allahın zərrəsini daşıyırsan, bir növ onunla eyniləşirsən, həm də Ona qarşı bu qədər gücsüz və təsirsizsən.Allah insanı belə ikilik, belə əkslik qarşısında qoyur.

Kövsər xanım, məsələyə gəlin başqa yöndən baxaq, "İnsanın yaradılışına qədər elə dövrlər keçdi ki, anlaşılan bir şey deyildir” deyir İnsan surəsində.

Kövsər Yaşıldaş: Ayətə çox çarpıcı bir cümlı var: Anlaşılan bir şey deyil. Bu cümlə bir çaşqınlığın ifadəsidir. Anlaşılan kimi deyil demək heyrət anlamındadır. Eyni şey bu gün də bir elm sahəsində işlənilir. Günümüzdə elm adamları Kvant Fizikasını kəşf etdiklərində bu cümləni qurdular: Kvant dünyasında heyrət etməyən adam heç bir şey anlamamışdır. Kvant fizikası möhtəşəm bir ölçüdür. Orada özünüzü itirərsiniz və heyrətdən bir şey anlaya bilməzsiniz. Elə ki, atomun kiçik hissəciklərinə enildikcə kəşf edilən hissəciklər, göz ilə baxıldığında hissəcik olaraq var, amma müşahidəylə baxmadığında dalğa boyuna dönüb bütün kainatı dolanır.Bax buna elmdə Dolanıqlıq, dolaşıqlıq deyilir. Texnologiya gelişdikcə, elmi bilgilər ortaya çıxdıqca, Təsəvvuf düşüncəsi ilə Elmin bənzərlik daşıdığını görməmək imkansızdır. Necəmi?

İndi çox önəmli bir bilgi paylaşmaq istəyirəm: Elm adamı hissəciyə baxdıqda orada var olan bir zərrəcik var, amma baxmadığında orada zərrə, dalğa boyutuna geçərək bütün kainata yayılır. Qədim zamanlarda bilgələr də bunu etmış: İnzivaya çəkilmişlər bəlli zamanlarda. Gecələri, gözlərini yumaraq ibadət etmişlər səssizlikdə. Niyə belə etmişlər? Çünki insanların görüş məsafəsindən çıxmaq, öz görüşlərini qapatmaq surəti ilə maddi zərrəcik ölçüsündən, titrəşimi yüksək dalğa ölçüsünə yüksələrək bütün kainatı dolanmışlar. Biz heç yalnız deyildik. Ayrı da deyildik. Çünki nəzəri sahədən kənarda qaldığımızda bir zərrəcik olaraq deyil bir dalğacıq olaraq var olub bütün aləmi qarışlarıq. Buna görə də öz görüş məsafəmizdə belə ola bilməyəcəyimiz məkanlara çəkilib dalğa ölçüsünə keçə bilək ki aləmləri bürüyək. Əslində gerçək yalnızlıq və gerçək ayrılıq insanların görüş məsafələrində ikən gerçəkləşir. Çünki o an aləmlərdən qopuruq, kainat ilə bağlarımız kəsilir və bir varlığa dönürük zərrəcik olaraq. Elmdə (Kvant Dolaşıqlığı) və Təsəvvüfdəki (Seyr-i Sülûk) deyilən bu dolanıqlıq qanununu işlətməyi öyrənməliyik.

Ayişə Nəbi:Yenə də ilk başdakı fikrə gəldik, varlıq hərəkətlə bilinir.

Kövsər Yaşıldaş: İkinci önəmli bir şey daha paylaşmaq istəyirəm: Elmdə işlənən Plank sabiti termini var. Zərrəciyin var – yox anlayışıdır bu. Gözümüzün görüş məsafəsinə girdiyində zərrəciyi görürük və ona var sifətini veririk. Fəqət zərrəcik kvant sıçraması etdiyində yəni dalğa formasına girdiyində görüş məasfəmizdən çıxır və yoxluq sifətinə çatır. Var – Yox. Var – Yox. Var ikən orada, yox ikən harada? Var ikən hər şey o zərrəcikdə, yox ikən zərrəcik hər şeydə. Zərrəcik görüş məsafəmizə girdiyində yəni Var ikən bütün aləmin özü-mahiyyəti o zərrəciyin içində, görüş məsafəmizdən çıxdığında yəni Yox ikən o zərrəcik bütün aləmin özündə-mahiyyətindədir. Qısaca, itmir sadəcə görüş məsafəmzə girir, görüş məsafəmizdən çıxır. Bu elə sürətlə olur ki, ancaq kvant fizikasında kəşf edilə bildi. Günlük yaşamda maddənin şüalanması elə sürətlə olur ki var-yox olayını biz daima mövcud olaraq qəbul edirik. Bir daşa baxdığımızda daima oradadır. Baxdığımızda daima orada durur. Amma ki o çox sürətli bir şəkildə var – yox anlayışındadır.

Ayişə Nəbi: Varlıq bizim bilgimizdən asılı olmadan var.Bizim görüb görməməyimiz onun Özünü dəyişmir.Sürətin bizim qavrayışımızdan üstün olanı bir növ sabitlik yaradır, aşırı sürət hərəkətsizlik kimi görünür bizə.Məsələn, yer sürətlə fırlanır, amma biz onu hiss etmirik və görmürük, yeri sabit olaraq görürük.Bunun təsəvvüfdə necə əks etdiyini düşünsək?

Tanrı zərrəciyi. Öncələr maddə atoma qədər bölünür, atom bölünməzdir deyirdilər, sonra o da bölündü, atom da parçalandı, ondan törəyən zərrəciklər də parçalandı və parçalanmayan bir zərrəcik var ki onun adına Tanrı zərrəciyi deyirlər.

Kövsər Yaşıldaş: İndi bunu təsəvvüf düşüncə tərzində necə dəyərləndirə bilərik? Anadolu erənləri, vəliləri və arifləri Fəna və Bəka halları ilə bunu bizə yüzlərlə il öncə anlatmaq istəmişlər. Demişlər ki Sən olduğun yerdə ikən hər yerdə və hər şeydə isən Fənadasan, yəni yoxluğundasan. Hər şeyin səndə olduğunu hiss etdiyin an Bəkadasın. Yəni varlığındasan. Var-Yox anlayışı bir illüziyadır. Yəni cavabı ən başında söylemişdik, ayətdə deyir ki anlaşılan şey deyil.Elm adamları da demişlər "kvant bilgisi qarşısında heyrətə düşməyən onu anlamamışdır” . Elə bir hala keçirsən evrən ilə bütün olursan, aldığın nəfəs aləmlərlə bərabər olur, hər şeyin özünə sinərsən hətta sünərsən, kainatın hər zərrəsində əriyərsən, bax o an yoxluğa yəəni fənaya ermisən deməkdir. Dayan deyərsən. Çünki daha irəli bədəni tərk edişdir. Titrəşimin bu kədər incəlməsi bədəni də yandıracaqdır. Dayanar o an o hal. Bax o an təkrar bədənə geri dönərsən və varlığında mövcud olmağa davam edərsən. Hər şeyin səndə olduğu idrakı ilə anlayışı hakim olar o an. Bax, bu Bəka halıdır. Varlıq halıdır. İbadətlərimizi edərkən bu varlıq və yoxluq anlayışını da hiss edərək yaşayaraq öyrənməliyik.

Üçüncü önəmli bir məsələ paylaşmaq istəyirəm: Təsəvvüfü bizə əksik söyləmişlər. İnsan təriflərə ehtiyaç duyar ha. Bax təsəvvüf dini bir kəlimə olaraq bizə əksik öyrədildi. Ancaq təsəvvüf bir düşüncə tərzidir. Necə bir düşüncə tərzi? Dərin düşüncə tərzi! Eyni ilə mifologiya kimi, fəlsəfə kimi, tibb elmi kimi, kvant fizikası kimi, astronomiya kimi, astrologiya kimi, din kiki, geologiya kimi, sənaye kimi ayrı kateqoriyada sərbəst dəyərləndirilmeli. Aboregenlər haqqında dərin düşündüyünüzdə təsəvvüfi düşünmüş olursunuz. Yəni dərin düşüncə etmiş olursunuz. Qızıl dərililəri, Mifologiyanı, fəlsəfəni, qədim bilgiləri, Tibb elmini, Kvant elmini, ulduzları, dünyanı, yaşamı, davranışları, əlaqələri ələ alıb dərin düşündüyünüzdə enini uzununu önünü arxasını içdən və çöldən üzdən və ya dərin düşündüyünüzdə təsəvvüfi düşüncə yaratmış olursunuz. Bunu da əlavə etmək gərəkdir. Təsəvvüf bir dərin düşüncə tərzidir və hər birimiz bu dərin düşüncə tərzini yaxşı öyrənməliyik.

Ayişə Nəbi:. Hər şey tozdan yaradıldı, yaxşı bəs toz nədən yaradıldı? Tanrı zərrəciyi bu gün varılan son nöqtədir.Texnologiya gəlişsə bu zərrəcik də parçalansa yaradılış düşüncəsi necə dəyişər sizcə?

Kövsər Yaşıldaş: Sualın digər hissəsinə dönərək: Toz nədən yaradıldı? Toz deyilən hər maddənin özündəki atomdur. Atom çox güclüdür. Nə qədər parçalansa da əsla yox ediləmmız. Çünki atom Tanrısal gücdür. İlahi bir enerjidir. Nəfəs alır, Eşq ilə salınır və canlıları bəsləyər. Atom nə isə maddə də odur. Hər elm adamı da bunun fərqindədir. Bunu bilir əmin ola bilərik. Nə qədər etiraz edilsə də bu gerçək dəyişməyəcək.

(Davam edəcək)