hacklink Adalet.az | "Bu dərdi mən də ürəyimdə gəzdirirəm..." - Xalq artisti Ağdama görə kövrəldi...Adalet.az | "Bu dərdi mən də ürəyimdə gəzdirirəm..." - Xalq artisti Ağdama görə kövrəldi...Adalet.az | Ədalət -
"Bu dərdi mən də ürəyimdə gəzdirirəm..." - Xalq artisti Ağdama görə kövrəldi...
3948 |
2019-07-23 12:08
Şriftin ölçüsü:
Xəbər verdiyimiz kimi bu gün Ağdam rayonunun işğalından 26 il ötür. Ağdam rayonu 1993-il iyulun 28-də ermənilər tərəfindən işğal olunub.
Moderator.az-a açıqlamasında Xalq artisti Arif Babayev doğulduğu torpaq üçün çox darıxdığını deyib:
"Doğulduğum torpaq üçün çox darıxıram. Ümumiyyətlə, Qarabağ hamımızın yaralı yeridir. Hamı kimi bu dərdi mən də ürəyimdə gəzdirirəm. Amma gümanımız var ki, torpaqlarımız işğaldan azad ediləcək. Həmişə demişəm və bu gün də deyirəm ki, Allah o günü qismət eləsin mən Ağdama qayıdanda nə qədər gücüm var öz qapıma dizin-dizin sürünə-sürünə gedəcəm".