Əbülfət MƏDƏTOĞLU: ZARAFAT BİÇİMLİ ŞEİR...
Gülüm, təbəssümünü
Dodağına möhürlə...
Ürəyim pardaqlansın -
Çöhrəndəki mehirlə...
Həyatımın hər üzün
Xeyir , həm də şər üzün...
Açılmamış tər üzün -
Baxışınla sehirlə!
Sən göydən gəlmiş mələk
Yol ver, səcdənə gələk...
Tanrımdan , bu bir dilək -
Demə , sözdü, deyir də!
Çəkdiyim dəli xiffət
Bozardır mənə sifət!
Qoy uzaqdan Əbülfət -
Səni öpsün şeirlə!..