adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyul 2019 17:17
5192
HADİSƏ
A- A+

Yardımlıda “VAZ” aşdı, sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yardımlı rayonunda "VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Nazirlikdən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.