adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Iyul 2019 16:58
9522
GÜNDƏM
A- A+

Qanunsuz yolla ölkəyə gətirilən siqaret, spirtli içki və idman qidaları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Vaz 2106" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro", 3400 ədəd "King" markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd "Jameson" markalı spirtli içkilər və üzərində "Mega Max" yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.