adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyul 2019 15:58
21452
İDMAN
A- A+

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

 "Qarabağ” II təsnifat mərhələsində qarşılaşacağı İrlandiyanın "Dandok” klubunu keçərsə, APOEL (Kipr) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Əgər Ağdam klubu irlandlara qalib gəlsə, sözügedən cütün qalibi ilə ilk matç səfərdə baş tutacaq. III təsnifat mərhələsində ilk oyunlar 6-7 avqustda, cavab matçları 13 avqustda olacaq.

"Qarabağ” İrlandiya klubuna uduzub Avropa Liqasında çıxışını davam etdirsə, bu zaman da Ağdam komandasının potensial rəqibləri bəllidir."Qarabağ”ı Avroliqanın III təsnifat mərhələsində "Slovan” (Slovakiya) – "Ferronikeli” (Kosovo) cütünün qalibi ilə matç gözləyir.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab matçları avqustun 15-də keçiriləcək.