hacklink Adalet.az | "Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib Adalet.az | "Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib

3415    |   2019-07-22 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

17-19 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

İctimai Birlikdən bildirilib ki, IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş flora və fauna haqqında, həmçinin Fransa və Belçika zooparklarından Azərbaycana reintoduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilmişdir.

Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.

Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Qaranohur gölünə haykinqi təşkil edilib.

Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin"Eko-skaut”layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. "Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl və Göygöl Milli Parklarında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından "Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.




İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK