Əbülfət MƏDƏTOĞLU: ADAM KİMİ SEVMƏK...

ƏBÜLFƏT MƏDƏTOĞLU
46632 | 2019-07-22 13:38

Şəhərin Qurd qapısı tərəfindənolan guşələrindən birində əyləşmişik. Söhbətimiz heç də təzə deyil. Yəni biz nəvaxt qarşılaşırıqsa, nə vaxt baş-başa qalırıqsa, onda mütləq həmin mövzunuyenidən ortaya gətirirk. Əslində bu mövzu nə bizim aramızdan, nə də içimizdənheç vaxt uzaqda olmur. Həmişə bizimlədi və biz də onun yarasının sağalmasınaimkan vermirik. Və bu bizim özümüzün özümüzə bəlkə də ən böyük təzyiqimiz, ənböyük zülmlərimizdən biridi. Çünki bu mövzu az qala 30 ilə yaxındı ki, istənilənsəviyyədə, istənilən yerdə bu və ya digər formada danışılır, çözülür, bunamünasibətlər bildirilir. Amma...

Amma əslində bu mövzu təkcədanışmaq üçün deyil... bu mövzu heç da bir araya gəlmək üçün, bir-birimizin içdünyasına işıq salmaq üçün, üz tutub getmək üçün deyil. Əslində elə bu mövzubizim özümüzdü, həyatımızdı, işimizdi, gücümüzdü. Daha çox da biz elə həm də bumövzunun özüyük. Bax, bu qəribə, bəlkə də anlaşılmaz və yaxud qəbuledilməz birtəqdimatın içərisində oturub özünü yox, mövzusunu hər dəfə təzələyən və hər dəfədə mövzusu ilə birlikdə özü qocalan, ahıllaşan bizlər yenə baş-başayıq və yenədə həmin mövzudu süfrəmizin şəkəri də, noğulu da, istiotu da, duzu da. ümumiyyətləbütün nemətlər bu mövzunun içərsindədi və bu mövzunun da adı Vətəndi -Qarabağdı, Xocavəndi, Füzulidi, Şuşadı, Ağdamdı, Laçındı, Zəngilandı,Qubadlıdı, Kəlbəcərdi, Xocalıdı... bütövlükdə bizi göynədən torpaqdı. Bizi həmvar edən, həm də varlığımızı əlimizdən alan yurd nisgilidi...

Mənə elə gəlir ki, busöhbətin, bu mövzunun ətrafında özlərini unudan üç kişinin yaşı o qədər də çoxdeyil. Çünki onlar daha çox 1988-ci ildən bu günə qədər olan zamanı çözürlər,hadisələri xatırlayırlar, bu zaman kəsiyinin içərisində olurlar... bu zaman kəsiyinəanbaan, saatbasaat qiymət verirlər... anbaan, saatbasaat o zamanın içindədoğulurlar, yaşayırlar və hətta bəzən də ölürlər. Özü də ruhən tərk edirlər budünyanı...

Bax, bu təsvir etməyəçalışdığım həmin o guşənin içindəki donan zaman əslində o üç kişinin dəyaddaşında işığa çevrilir, buz əridir, ruh təzələyir, ümid ocağı yandırır. Kənardanbu süfrəni, onun ətrafındakı insanları seyr etmək və burada gedən söhbətləridinləmək bəlkə də bu günün adamlarına, bu günün uşaqlarına gülünc görünə bilər.Hətta ironik bir şəkildə bir-birlərinə pıçıldaya bilərlər:

- Yenə həmin adamlar,yenə həmin məkan, yenə torpaq, yenə Qarabağ.... Bu adamların deyəsən başqa birişi, başqa bir mövzusu yoxdu. Yəqin yaşlaşıblar. Ona görə də belə sakit yerdə şənlənməkəvəzinə xatirələrini çözüb keçmişi bu günə calamağa çalışır və əslində də heç nəedə bilmirlər...

Bəli, üç nəfər əyləşmişikvə üçümüzün də mövzusu elə həmin o köhnə dərdimiz, köhnə yaramız və bir də oköhnə dərdə, köhnə yaraya tapmaq istədiyimiz yeni yanaşma, yeni dərman, yenimüalicə üsulu...bir sözlə, köhnəyə yeni nəfəs gətirmək arzusu. Amma neyləyəkki, bu arzu hələ ki, heç nəyi dəyişmək gücündə deyil.

Hər dəfə o, istər dövlətsəviyyəsində, istər özəl imkanları daxilində torpaqla, Qarabağla bağlı görülənişləri, çəkilən filmləri, yayımlanan verilişləri nöqtəbənöqtə şərh edir, onamünasibət bildirir, onu hadisələrin içində olan bir şəxs kimi oddan, alovdanqorxmadan, mövqeyinin zərbə altına düşəcəyini gözə önünə gətirmədən çılpaq birgerçəklik kimi ortaya qoyur. Özü də elə şövqlə, elə ehtirasla, elə coşquylaxırdalayır, açıqlayır ki, razılaşmaya bilmirsən. Çünki onun məntiqi o qədərgüclüdür ki, o səni öz təsiri altında saxlaya bilir. Təbii ki, şəxsiyyəti ilə məntiqirahatca bir-biri ilə anlaşan dostumuz öz dostlarının da, öz tərəf müqabillərinində yaradıcılığını, fəaliyyətini ən azı işgüzarlığını qiymətləndirməyi bacarır vəonları da özünün dinləmək bacarığı ilə yanında saxlayır, özünə dəstək kimi,anlayışlı birisi kimi görür. Kəsəsi o, yerində olan adamdı və hər şeyi də idarəetməyi bacarır. Məhz həmin gün də onun təşəbbüsü ilə şəhərimzin Qurd qapısı tərəifndəolan güşəsində oturub bizim əbədi və əzəli mövzumuzu şərh edirdik... yenəQarabağdan danışırdıq... yenə torpaqdan danışırdıq... yenə Xocavənddəndanışırdıq. Və mən də bütün bunların içərisində hər şeyin gec-tez yaxşıolacağına inana-inana duyğularımı könül vərəqimə köçürürəm.


yenə yorğun, kədərli

yenə gözü yaşlıyam...

bu əhvalı da gərək

gün uzunu daşıyam-

özümlə...


yenə məqam üzücü,

yenə çevrəm darısqal...

istəsəm də dilucu

deyə bilmirəm gəl,qal!-

özümlə...


yenə günahlarımı

didirəm, darıyıram...

bilmirəm ki, bu anlar

nəyəsə yarıyıram?-

sözümlə...


yenə həsrət güc gəlib

qəmi qəmə hörmüşəm...

sənsiz necə kövrəlib

mən - özümü görmüşəm!-

gözümlə...


***

Bəli, biz Qarabağdandanışırıq... artıq işğalından 20 il ötmüş Şuşadan danışırıq... 20 il həsrətiniiçimizdə daşıdığımız Xocavənddən danışırıq. Və yadımıza düşür ki, qarşıdan növbəti20 illik gəlir - Ağdamın işğalının 20 illiyi, Füzulinin işğalının 20 illiyi, Cəbrayılınişğalının 20 illiyi... Eh, çox qəribə xalqıq. Dərdimizin, kədərimizin yaşınıhesablayırıq. Qələbəmiz barəsində ancaq xəyal qururuq. O da ilğıma bənzəyən birxəyal. Nə vaxt gerçəkləşəcək? Bu sual zamana möhtacdır, yəni onu zaman bilir.Daha doğrusu, o qələbə gününün tarixi yalnız tanrıya bəllidi. Biz isəitirdiyimiz yerlərin itən gününü yaddaşımızda saxlamışıq, onu təqvimə yazmışıqvə o itən günü anımlarla qeyd edib, bir az dərdimizdən danışıb, bir aznisgilimizdən kövrəlib boynubükük qərənfilləri Şəhidlər Xiyabanında, biziittiham edən baş daşları qarşısında belimizi büküb düzməklə sanki dərddən biraz uzaqlaşırıq. Sanki həmin günün vəzifəsini yerinə yetirmiş oluruq. Maraqlıdı,elə deyil? Ayın, daha doğrusu, ilin tək bircə günü həmin o itən gün üçün biraraya gəlirik. Amma onda da hamımız gəlmirik. Çünki hamımızın ayrı-ayrılıqdayetərincə problemlərimiz, yetərincə itirdiklərimiz, yetərincə arzusundaolduqlarımız var. Və biz də o itən günə həmin o yetərincə olanların içərisindənqopub gələ bilmirik. Buna gücümüzmü çatmır?- bilmirəm, buna təşəbbüskarlığımızyoxdu?- deyə bilmirəm, Ümumiyyətlə bu nədisə sanki elə bizim üçündü, elə bizimboyumuza biçilib. Biz də həmin o itən günün acısını ellikcə yox, el üçün yox,olsa-olsa özümüz üçün kədər, nisgil hopmuş ürəyimizlə, gözlərimizlə yada salıbyola veririk.

Bu günlərdə rəsmi bir tədbirdəqəribə bir söz eşitdim. Rəsim gündə, rəsmi adamın dilindən eşitdiyim bu söz,açıq etiraf edim ki, rəsmi bir şəkildə mənə təsir etdi, yaxamdan tutub silkələdi.Heç gözləmədiyim halda rəsmi bir gündə, rəsmi bir dildə deyildi ki, hardadıQarabağın ziyalıları? Hardadı Qarabağdan seçilmiş millət vəkilləri? Niyə onlarıQarabağla bağlı tədbirlərin önündə, özü də hamısını bir yerdə görə bilmirik?Axı bu insanlar seçilmişlərdi, ziyalısı da, millət vəkili də!!! Onlar seçənlərinönündə, yanında olmalıdılar, onlar münasibət bildirməlidilər. Təəssüf...

Doğrudan da rəsmi birdildən eşitdiyim bu sözlər çılpaq bir gerçəklik idi. Və neyləmək olar ki, bizbeləyik və bizim belə olduğumuzu təkcə biz özümüz yox, elə hamı bilir ki, bizbeləyik. Bax elə biz üç dost da, üç kişi də, üç qarabağl da müzakirə etdiyimizmövzunun içində o qədər suallar gördük, o qədər suallarla qarşılaşdıq ki, azqala fikirlərimiz yüz yerə şaxələndi. Əslində isə biz şaxələnən fikrin bir kəsişmənöqtəsini, bir ortaq məxrəcini tapmağa çalışırdıq, amma alınmadı. Çünki mövzu oqədər böyük və geniş, münasibətlər o qədər fərqli və pərakəndə idi ki, onun hərbirini ayrı-ayrılıqda götürüb çözsək belə, yenə parçalanma baş verəcəkdi. Onagörə də biz bu günlərdə Mətbuat Şurasında təqdimatı keçirilən "RuhumQarabağlıdı!" filminin işıqlı tərəfini daha çox qabartmağa və o işığaqoşulub daha böyük işıqlara doğru getməyə üstünlük veririk. Çünki bir yerdədayananda süstlük yaranır. Süstlük də özü özlüyündə insanı içindən çökdürür. Nəyazıqlar olsun ki, bu məmləkətdə süstləşmiş, laqeydləşmiş bəndələr də az deyil.Hətta süstləşmiş kürsülər də var. Bu bir gerçəklik...

Bəli, telekanallarınyayımlarında, daha doğrusu, təqdimatında Azərbaycanın istənilən guşəsi gözoxşayır, könül açır. Ancaq bu gözümüzü, könlümüzü sevindirən gözəlliyinyarımçıqlığı, bütöv olmaması təkcə bütövlük arzusunda olanları deyil, obütövlüyün parçalandığı gündən onun acısını yaşayanları daha çox mütəəssiredir. Ona görə ki, yayın bu od püskürən havası nələri, haraları itirdiyimizibizə bir daha xatırladır və biz yenidən xatirə danışmağa, yenidən bulaqbaşlarını, ormanları, şəlalələri, dağ çaylarını sadalamağa başlayırıq.... Təsəllidi!..Gücümüz buna çatır. Mən isə şeir yazıram:


batan gəmi kimiyəm

gözün nəmi kimiyəm

Allah, qəmin kimiyəm?-

bilmirəm...


günüm günə calanmır

ruhum yanmır, qalanmır

niyə dönmür, qalammır-

bilmirəm...


selbələnmiş ağacam

yoluna hey baxacam

qəmdən necə çıxacam?-

bilmirəm...

***

Deyəsən dolaşıq fikirlərlə,təzələnən dərdlərlə, qaysağını qopardığım yaralarla yordum sizi. Havanın istisibir yandan, səhərin bürküsü o biri tərəfdən, üstəlik də mənim kədər hopmuşfikirlərim əhvalı bir az da korlayır, durumu bir az da ağırlaşdırır. Bunu özümdə hiss edirəm. Ona görə də onsuz da sıxıcı olan durumdan çıxmaq üçün hərə bircür təşəbbüs göstərir. Mən də bu təşəbbüslərdən birinə əl uzadıram. İstəiyrməki, indii yazacaqlarım bizi bir az nostalgiyadan qoparıb ayırsın, bir az özümüzə,daha doğrusu, özəl sevgimizə qayıdaq. Çünki müdriklərin dediyi "dünyanıgözəllik xilas edəcək" oforizminin içərisində gözəlliyn əksi olan sevgi dəvar. Deməli, dünyanı həm də sevgi xilas edəcək. Təbii ki, biz Adam kimi, biz Məcnunkimi, biz Kərəm kimi, biz özümüz kim sevə bilsək. Amma neynəmək olar ki, bu günAdam kimi, Məcnun kimi, Kərəm kimi sevənlər yaman azalıb. Lakin şükr etməli birməqam qalıb. Bir az çılpaq desəm, and içməyə bir yer qalıb. Bu and yerimiz dəelə bizim kimi, yəni özümüz kimi sevməyimizdi.

Təəccüblənməyin, əgər təəccüblənirsinizsə,onda mən adam kimi sizin qarşınızda etiraf edə bilərəm ki, mən özüm kimi, özümbacardığım kimi sevirəm. Bu sizi razı salsa da, salmasa da. Və düşünürəm ki,lap elə bu günün özündə, bu dəqiqələrin içərisidə mən adam kimi öz sevgimi ifadəedə bilirəmsə, düşünə bilirəmsə, deməli, bu sevgi var!!! Bir az da xırdalasam,mən varamsa, mənim sevgim də var. Özü də real sevgi! Nağıl sevgisi, kitabsevgisi yox, konkret həyat sevgisi. Hətta bu günlərdə ağlıma gəldi və yazdım:


məndən bir az uzaqdayan

uzaqdan sevmək öyrənim...

qar-qışın oğlançağında-

sazaqdan sevmək öyrənim...


kipriyində bz bağlayım

kiprik çaldıqca ağlayım

səni yaz kimi saxlayım-

bu yazdan sevmək öyrənim...


yanağı xalı lalə tək

məndən hər cürə halə çək

lap sinəmi şumlayıb ək-

bu nazdan sevmək öyrənim...


gör sözü başladımhardan

bir dilək dilədimyardan

sən - sinəni əzəntaradan-

mən sazdan sevmək öyrənim!


Hə, gördünüz də bütün dərdlərinbir dərmanı var - o da sevgidi!!! Bu mənada yurd acısını da. torpaq itgisini dəsevgi ilə müalicə etmək, sevgiilə qaytarmaq, sevgi ilə xilas etmək mümkündü.Qarabağ uğrunda şəhidliyi sevə-sevə qəbul etmək, qazilik yolunu sevə-sevə qəğuletmək yeganə xilasımızdı. Bax, mən də, süfrələri başında əyləşdiyim dostlarımEyvazla, Bəxtiyarla bütün söhbətimizin mayasında daxili yanmanın, içdən gələnistəyi əsas görürük, əsas götürürük. Bizim üçün hər şeydə gerçəkçi olmaq, içdəngələni reallaşdırmaq yolunda çəkinməmək, usanmamaq əas şərtdi. Biz beləyaşayırıq, belə də sevirik- Adam kimi, Məcnun kimi, Kərəm kimi, özümüz kimi!


TƏQVİM / ARXİV