adalet.az header logo
  • Bakı 13°C
22 Iyul 2019 13:29
15514
ELM VƏ TƏHSİL
A- A+

72 ölkə arasında 3-cü yer - FOTOLAR

14-21 iyul 2019-cu il tarixlərində Macarıstanın Szeged şəhərində məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadası (IBO 2019) keçirilib. İki turdan ibarət olan elm yarışında şagirdlərimiz nəzəri və praktiki mərhələlərdə iştirak ediblər. Azərbaycan məktəblisi, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 72 ölkədən 300-ə yaxın şagird arasında fərqlənərək bürünc medal qazanıb.Komandanın müəllimlərindən Tural Cavadzadənin verdiyi məlumata əsasən hər ölkədən 4 məktəblinin iştirak etdiyi fənn olimpiadası hər il dünyanın müxtəlif ölkələrində keçirilməkdədir: "Hər dəfə Olimpiadalara yüksək məsuliyyətlə hazırlaşıb çıxış etməyə çalışırıq. Ramil Xammədovdan medal gözləyirdik. Bu medal göstərdiyimiz əməyin nəticəsidir. Bundan sonra da daha yüksək yerlər qazanaraq Azərbaycanı dünyada tanıtmağa çalışacağıq. Uğurlarımızın davamlı olacağına inanıram".

Xatırladaq ki, Azərbaycan ən son 5 il əvvəl Danimarkada burunc medal qazanmışdı.