adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Iyul 2019 11:43
5821
HADİSƏ
A- A+

Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü - Bakıda dəhşət

Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

1984-cü il təvəllüdlü Nazim Fəridovözünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.