Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib
Bakı Ali Neft Məktəbi (BANM) mətbuat işçilərini təbrik edib.
Təbrikdə deyilir: "Dəyərli həmkarlar,
Sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.
Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatının inkişafında təmsil etdiyiniz mətbu orqanın fəaliyyəti danılmazdır.
Yarandığı gündən etibarən, Bakı Ali Neft Məktəbinin fəaliyyətinə və uğurlarına biganə qalmadığınız üçün sizə sonsuz təşəkkür edirik!
Bundan sonra da səmərəli, qarşılıqlı əməkdaşlıq arzusu ilə hər birinizə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər, tükənməyən yaradıcılıq potensialı, şəxsi və iş həyatınızda uğurlar arzulayırıq".
Digər Xəbərlər
19 Aprel 2024 12:55
DİM sədrindən gənclərə çağırış: Özünüzü aldatmayın!
18 Aprel 2024 16:03"Məktəb psixoloqlarından yanlış gözləntilər var" - Nazir
18 Aprel 2024 12:571-ci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlandı
17 Aprel 2024 18:01Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək
17 Aprel 2024 16:59