adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Iyul 2019 08:34
16551
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: SÜKUTA OXUDUĞUM ŞEİR

Səbri böyük Allahım,
Onun çəkdiyi ahın
Yaz , Sən mənə günahın -
çəkim can bahasına!

Ruhum, sən ha gəvəzi
Bitməz şair həvəsi!
Nəfəsi əl əvəzi -
çəkim mən yaxasına...

Günüm günə daşına
Günümdən gün aşına...
Ürəyimin başına -
Oxu o , çaxa... sına...

Kömək üçün ün yaya
Həftə yaya, gün yaya...
Bu hər sifət dünyaya-
atılmış çağasına!

Yolun sonu göründü
Hər halımı gör , indi!
Keşikçiyəm, könüllü -
dərdimin ağasına!..