Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd "Radiesse" markalı dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Aprel 2024 17:46
İşçi mühafizə etdiyi idman zalının kassasını soydu - VİDEO
23 Aprel 2024 10:54Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanıldı
23 Aprel 2024 10:28Bakıda kafedən pul oğurlandı
23 Aprel 2024 09:45Xənkəndidə silah-sursat aşkar edildi
23 Aprel 2024 09:36