adalet.az header logo
  • Bakı 16°C
19 Iyul 2019 11:34
10446
GÜNDƏM
A- A+

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Adalet.az bu barədə XİN-in "Tvitter” səhifəsinə istinadən məlumat verir.

Məlumatda deyilir: "Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”.