viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Dediyin yalanlardan utan, səsini çıxarma” – Böhtanlara cavab Adalet.az | “Dediyin yalanlardan utan, səsini çıxarma” – Böhtanlara cavab Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“Dediyin yalanlardan utan, səsini çıxarma” – Böhtanlara cavab

4360    |   2019-07-18 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 17-də Azərbaycan Dillər Universitetinin rəsmi saytı və feysbuk səhifəsində ""Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir” adlı yazı yerləşdirilib. Məqalə ADU-nun 9 professor-müəllim heyətinin imzası ilə keçmiş dekan Vüsalə Ağabəylinin universitet kollektivinə atdığı böhtanlarına cavab olaraq dərc olunub. Həmin məqaləyə yazılan və universitet həqiqətlərini işıqlandıran şərhləri təqdim edirik:

Sərraf Balaxan:"Zaman və ADU-nun nüfuzunu daima qoruyan dəyərli professor-müəllim heyəti həqiqəti ortaya qoyacaq və cəmiyyət hər şeydən xəbərdar olacaq. Azərbaycan Dillər Universiteti öz əvvəlki mövqeyini daha da yüksəldəcək”.

Rəna Süleymanlı:"Universitetin nüfuzunu aşağı salıb, 2 il öncəki vəziyyətinə qaytarmaq istəyənlərə professorlarımız çox gözəl cavab verib”.

Şahin Sərdarlı:"Bəli, Ağabəylinin davası vəzifə davasıdır. Artıq onun bu iyrənc fikirlərindən hamı bezib. Bircə özündən başqa…”

Nurlan Tağıyev:"Professorlarımız gözlənilən cavabı verib. Belə heyət olduqdan sonra universitet nüfuzunu daim qoruyacaq”.

Aygül Əhmədova:"Müəllimlərimiz, professor heyətimiz o qədər gözəl və aydın izah ediblər ki məsələni. Artıq izaha gərək duymuram. Sadəcə, bunu demək istəyirəm ki, özünü həddindən artıq ağıllı sayanların aqibətinin bu cür olması qaçılmazdır. Həmçinin ortada vəzifə davası yoxdursa, niyə Vüsalə xanım məhz işdən kənarlaşdırıldıqdan sonra universitetin guya öz deyimi ilə tələbələri savadsız etdiyini dilə gətirdi?! Nə üçün tələbələri əvvəl düşünmədi, vəzifədə olanda, maaşını alanda tələbə yada düşmürdü? İndi durub bu formada saysız-hesabsız yalanlarla insanları, ondan böyük olan müəllimlərini (qeyd edim ki, Vüsalə xanım özü də yaxşı bilir ki, məhz bu müəllimlər minlərlə ölkəmizə yararlı tələbənin inkişafında danılmaz rolları olub) ittiham edir, onlara el deyimi ilə qara yaxır. Bu ən azından vicdana sığmaz. Hüquq müstəvisində ədalət öz yerini tapır, tapacaq da! Azərbaycan Dillər Universiteti tələbəsi olaraq qeyd edirəm ki, biz sizin kimilərinə öz savadlı müəllimlərimizi, professorlarımızı qaralamağa, onların illərdir zəhmətlə qazandıqları nüfuzlarına xələl gətirməyinizə icazə vermərik!”

Sevinc Zeynalova:"Bir daha ziyalıların və heyətin MÜNASİBƏTİ!!!!

ADU-nun professor-müəllim heyəti bu qərəzli "kampaniyaya” artıq 4 ay öncə öz fikirlərini və qərarlarını böyük və rəsmi şuralarda çıxışlarında, eyni zamanda yazılı şəkildə məktub və müraciətlərində BİLDİRİBLƏR!!!! Bu sayda insanları heç kəs yazmağa və çıxış etməyə "məcbur edə” bilməz!!!

"Üsyançılar” anlamalıdırlar ki, onlar çoxdandır ki, uduzublar! Bu qədər çabalamaq olmaz!!! Axı, getdikcə bu insanın arxasında duranlar, yönəldənlər ifşa olunur. Bunları xatırlatmaq özümə borc bildim”.

Gültac Həşimova:"Vüsalə Ağabəylinin başqa bir çarəsi yoxdur. Dediyi yalanları sübuta yetirə bilmir, ona görə gündə bir kanala çıxıb danışır, gah da boş-boş müsahibələr verir, özunü haqlı çıxarmaq üçün, ancaq bunlar da heç bir işə yaramayacaq. Yalan ayaq tutar, yeriməz. Heç olmasa yalanların və əməllərindən utan, səsini çıxarma. Ayıb olsun sənə!”

Əsmər Babazadə:"Çox gözəl, anlaşıqlı şəkildə hər şey izah olunub. Yəqin ki, buna da məsələdən kənara çıxılıb Kamal müəllim tərif atəşinə tutulub deyilməz. Tələbələri imtahanla qorxutdular, valideynlərlə çağırdılar, müəllimlərimizi vəzifədən kənarlaşdırmaqla qorxutdular, yaxşı bu sayda təcrübəli, yaşlı professor heyətini nə ilə qorxudublar görəsən? Həqiqətən, maraqlıdır. Ömrünü universitet yolunda fəda edən insanlara şər atmağı bir kənara buraxıb bu insan özünə baxsa, atdığı addımlardan utanar. Bir çox məqalədə düzgün şəkildə dekan seçilmədiyi üzünə vurulur, heç olmasa bundan utanar insan, səsini çıxarmaz. Universitetimizi nüfuzdan salan bu məsələyə tezliklə son qoyulsun ki, fəxrlə yeni gələn tələbələrə ölkəmizdə ön sıralarda olan bu elm ocağından danışa bilək”.

Mədinə Əlizadə:"Vüsalə xanım, siz belə böhtanlar yağdırmaqla ADU-nun nüfuzunu aşağı salacağınızı düşünürsüz?! ADU kollektivi, burdakı təhsil də, burdakı nizam-intizam da göz qabağındadı. Bu yaxınlarda bir məsələnin fərqinə vardım. Özünüzü iqtidar adlandırırsınız. Lakin müxalifət səhvlərində cənab Kamal Abdulla, tələbə və müəllim heyəti haqqında yalandan böhtanlar atmaqla qara çirkablı kampaniyalara əl atmısınız. Kiminsə siyasi mövqeyini ortaya qoymuram, lakin bir insan necə dəyişkən ola bilər axı. Həqiqət də odur ki, Allah gec, ya da tez şər-böhtanı və qara çirkab, ağla gəlməyəcək yalanları ortaya çıxarır. Siz – Vüsalə xanım, özünüzü hər kəsin gözündən saldınız yalanlarınızla”.




İmza:

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günüdür

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

672 bal toplayan abituriyent ADU-nu seçib

Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

SON XƏBƏRLƏR
2019-08-26
2019-08-25
2019-08-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK