adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

"MAYOVKASIZ" MAY

ƏBÜLFƏT MƏDƏTOĞLU
29762 | 2013-05-04 00:37
Bir-iki günbundan öncə özümə çox doğma olan bir nəfərlə apreli də başa vurmağımızdandanışırdıq. Necə deyərlər, söz sözü çəkdi və birdən hardansa yadıma yeni ayınilk günü gəlib düşdü. Yəni 1 May! Yenə özümdən asılı olmadan nostalji hisslərintəsiri altında həmin o könül dostuma üz tutdum:

- Bəlkə 1mayı qeyd edək? Axı "mayovkadı"..

O dagülümsəyərək məni başdan-ayağa, bir də ayaqdan-başa süzdü. Bilmədim bubaxışların altında əriyib-itim, yoxsa bu baxışlardan tutub uzaq aylara, illərəqayıdıb gedimg Və elə deyəsən sonuncu mənə güc gəldi, təslim oldum. Bir də ondaayılıb gördüm ki, Bakıdan 460 kilometrlik bir məsafədəyəm. O məsafənin adı Tuğkəndidigo məsafəyə çaparaq gedən o kəndin qaçqın bir övladıdı, xatirələrinindalınca gedir...

Daha dağdanenirəm

Yavaş-yavaşsönürəm...

Yenə sənədönürəm -

Salam,xatirələrim!

Əlin dolubir camla

O ləzzətlə,o tamla

Gəldim yenəbir damla -

Alam,xatirələrim!

Bir də buyol salınmaz...

Bir də oney çalınmaz...

Bircəsənsən, alınmaz

Qalam,xatirələrim...

İçdinqəlbimin yağın

Öpdüngözümün ağın

Mənəhamıdan yaxın -

Balam,xatirələrim

Salam,xatirələrim!

Hə, bizimnəslin yadındadı. Bizdən sonrakılar da bir azacıq xatırlaya bilirlər. Ammaonlardan sonrakılar bu yazacaqlarımı, deyəcəklərimi köhnə sovet filmlərindəizləyiblər. Təbii ki, əgər baxıblarsa. Axı indi daha çox qanqsterlərdən,linzalardan, zorakılıqdan, qətldən, zorlamalardan, kəsəsi tük ürpədənməqamlardan bəhs edən filmlərə baxırlar, bu filmləri daha çox yayımlayırlar.Hətta cizgi filmlərində də, hətta müəyyən reklamlarda da həmin o qorxuncnüanslardan istifadə olunur. Məsələyə dəxli olmasa da bir də görürsən ki, kimsəkimisə bıçaqla vurur, qan tökülür köynəyinə və yaxud xalı-xalçanın üstünə vəhansısa müasir bir paraşoku və yaxud mayeni gözəl bir xanım rahatca səpir oqanın üstünə dərhal da iz silinir. Necə deyərlər, heç tozu da qalmır. Mən bucür reklamları açığı anlamıram. Amma neyləmək olar, görünür həyatımız reklamaköklənib. Əks halda ət tökən şoular bizi bir az da cılızlaşdırardı. Nə isə...

Hə, həmin oqədim filmlərdə kifayət qədər insan coşqusu, insan təbəssümü, insan həmrəyliyielə təbii təsvir və tərənnüm olunur ki, istər-istəməz bizim dövrün adamlarınınxəyalı qanadlanır, kipriklərinin ucu nəmlənir. Biz də özümüzdən asılı olmadanhəmin o coşquya, həmin o təbəssümə qarışırıq. Doğrudur, o dövrün öz basqıları,öz qüsurları, öz riyakarlıqları və sairələri var idi. Ancaq o dövrün həm dəinsanı nəyə isə ruhlandıran, harasa səsləyən, hansısa not üzərində kökləyənelementləri də az deyil. Bax, onlardan biri də "mayovka" idi...

Hələ ortaməktəbə getmirdim. Amma özümdən böyük uşaqların hərəkətlərini yamsılamağaçalışırdım. Elə çalışırdım ki, tez böyüyəm... elə çalışırdım ki, məktəbə gedəmvə düşünürdüm ki, məktəbə gedib məndən böyük uşaqların keçirdikləri, bütünsiniflə, məktəblə birlikdə qeyd etdikləri tədbirlərə qatılsam, onuniştirakçısına çevrilsəm, onda həyatım başdan-başa dəyişəcək. Uşaq ağlımla eləbilirdim ki, dünyanın dadı, ləzzəti həmin o məndən böyük uşaqların bulaqbaşında qeyd etdikləri "mayovka"dadı. Zarafat deyildi, həmin günvalideynlər də uşaqlara qarşı daha çox diqqətli olurdular, onların istəkləriilə daha tez və daha çox razılaşırdılar. O uşaqlar da həmin gün tamam fərqliuşaqlara çevrilirdilər... Necə də gözəl idi, İlahi, həmin o uşaqlarınüz-gözlərindəki təbəssüm, səslərindəki işıq, zarafatlar və kənddən üzü meşəyə,üzü dağlara, üzü bulaqlara tərəf uzanan cığırla baş alıb gedən qəhqəhələr. Eləbil hamı məhz həmin gün zarafat etməyə daha çox meyil göstərirdi, daha çoxgülürdü. Bilmirəm niyə? Heç onda da bilmədim. İndi də yaşlaşmışam. Düşüncələrimiyazıb kimlərinsə qınaq obyektinə çevrilmək istəmirəm. Çünki mənim yaşantılarımhəmin o dövrün, o ilin, o kəndin mən yaşda olan adamlarından başqa heç birkimsəyə normal görünə bilməz. Hamı ən yaxşı halda ya mənə əhəmiyyət verməz, yada bunu bir dəlilik, yaxud sərsəmləmə sayıb ötüb gedər...

Bu daməktəb illərim. Birinci sinfin birinci "mayovkası". Axşamdan evdəəl-ayaq üst-üstə qoymuram. Gah anamın yanına qaçıram, gah özümdən böyükbacımın, gah da sinif yoldaşlarımın. Kimin sabah bulaq başına nə götürəcəyinixatırlamaq istəyirəm. Çalışıram ki, sinifdə axırıncı dərsdən sonra razılaşıbboynuma çəkdiyim ərzaq payı məsələsini tez həll edim. Torbamın ağzını bağlayıbevimizin az qala giriş qapısının ağzında qoyum ki, tezdən yuxudan duran kimigötürüb aradan çıxım. Axı 23 nəfərin arasında şərt olub. Mən on dənə soyutmayumurta, on dənə soyutma kartof, bir yekə yumuru pendir, iki təndir çörəyi, birdənə də "kilki" balıq konservası götürməliyəm. Təbii ki, bunlarınbirindən başqa hamısı evdə var idi və onları götürmək problem deyildi. Sadəcə,anam kartofu axşamdan qaynatmağa razı olmadı və bildirdi ki, axşamdan qaynatsamboyatlaşacaq. Tezdən sən durmamış yumurtanı da, kartofu da qaynadıb torbanıhazırlayacam. Get yat, dincəl. Mənim isə yatmaq fikrim yoxdu. Öncə nənəminqılığına girirəm. Ondan pensiyasının bir rublunu alıb kənd mağazasına qaçıram.68 qəpiyə bir kilki konservası, qalan qəpiklərə də "bublik" alıram.Fikirləşirəm ki, bulaq başında "daş" kimi bubliklər əməlli-başlıişimizə yarayacaq...

Evəqayıdıram. Artıq pendir-çörək qoyulmuş torbama konserva ilə bublikləri dəyerləşdirirəm. Çox qəribədi, bax indinin özündəbu sözləri bilgisayara diktə edəndə də özümü həmin uşağın yaşında, həminuşağın yerində, onun duyğularında hiss etdim. Yuxuya gedənə qədər bəlkə də həmino torbaya 50 dəfə baxıb qayıtdım və...

Səhərihamımız məktəbin qarşısında toplaşdıq. Sinif rəhbərimiz hamının gəlib çıxdığınıgörəndən sonra: hə uşaqlar, gedək, dedi. "Salman" bulağına tərəf eləgedirdik ki, sanki o bulağı birinci dəfə görəcəkdik. Sanki heç bu yerləritanımırdıq. Amma əslində biz hər gün obulağın ətrafında quzu otarırdıq, bənövşə də toplayırdıq, hətta o bulağınsuyunun axıb qarışdığı çayda çimirdik də. Amma nədənsə məhz həmin gün"Salman" bulağı mənim üçün tamam fərqli oldu. Elə bil ki, kimsəaylarla, illərlə pul toplayır, arvadın-uşağın boğazından kəsir və qarşısınaməqsəd qoyur ki, Bodruma gedəcək, Antalyaya gedəcək və yaxud da elə bizimİsmayıllıya, Qəbələyə, Gədəbəyə, Yardımlıya, Ağcakəndə, Hacıkəndə qalxacaqdı.Bax, o illərlə, aylarla hazırlaşan adamın ilk dəfə görəcəyi yerlərə marağı,təşnəsi nədirsə, necədirsə, mən onu ilk "mayovka"da"Salman" bulağına qarşı yaşadım. Elə ona görə də bu gün həmin oölkədaxili və onun hüdudlarından kənardakı gəzməli-görməli yerlər üçün heç birtəşnəlik, heç bir narahatlıq, intizar yaşamıram. Axı mənim o hisslərim Tuğdaqalıbdı və məni Tuğdan kənarda kimsə gözləmir!..

Hə, bizbütün siniflə birlikdə "mayovka"ya gedirdik. Sonra məktəb yaşımızartdıqca yuxarı siniflərdə artıq məktəbin həyətində, kənd mədəniyyət evininqarşısında, rayon mərkəzində keçirilən 1 May parad-gəzintisinə çıxırdıq. Oradanisə birbaşa "mayovka"ya, bulaq başına, meşənin gözdən iraq sakit birguşəsinə toplaşırdıq. Onu da deyim ki, ilk dəfə "mayovka"da 10-cu sinifdəoxuyanda sinif yoldaşlarımızdan biri bir şüşədə böyürtkən çaxırı gətirmişdi.Hamımız heyrətlənsək də, ilk dəfə onda mən məktəb uşağının özü ilə birlikdəiçki götürdüyünü gördüm. Qızlı-oğlanlı həmin sinif yoldaşımıza necə etirazetdiksə, yazıq utandığından evdə çəkilib hazırlanmış bir şüşə böyürtkənçaxırını elə böyürtkən kolunun da dibinə səpdi. Bu da bir əxlaq idi...

Hə, mənxəyalların gücü ilə gedib çıxdığım o uzaq və qaim-qədim Tuğ kəndində birmayovka yaşadım. Amma ovcunun içində olduğum, hər gün küçələrini sola-sağa dolaşdığım,çiynimdə bir yurd nisgili gəzdirdiyim Bakıda bir könül dostumla mayovka keçirəbilmədim. Çünki Bakı "mayovka" keçirmir... Çünki həmin könül dostum"mayovka" keçirmək istəyimə dəstək vermədi. Sadəcə, bir özünəməxsustəbəssümlə baxarıq, fikirləşərəm, imkan olsa gələrəm, birlikdə bulvara düşərik,dənizə baxarıq, arxada qalan illəri xatırlayarıq... "Azadlıq"meydanından keçərək sakit bir yerdə əyləşib, o illərdə olduğu kimi olmasa da,bu illərə uyğun bir "mayovka" keçirərik - dedi.

Ammagörünür, nə fikirləşməyə, nə baxmağa vaxtı olmadı, nə də imkan tapmadı.İnanmıram ki, saydığım bu üç şərtin içərisində o məni sındırdı. Yox, ən azıürəyimə dəyməmək xatirinə o, mənə vaxt ayırardı. Görünür alınmayıb... Eh, birdə ki,özüm deyib, özüm yazıb, özüm də məna çıxarmağa, münasibət göstərməyəçalışıram. Axı indi hərənin qayğısı özü üçün bir dağdı... hərənin problemi özüüçün yüz dəvə yüküdü. Belə olan halda mən kimə lazımam, duyğularım kiməlazımdı, lap elə mənim "mayovka" ilə bağlı yazdıqlarım nə anlam kəsbedir ki?! Olsa-olsa, ən yaxşı halda nostalji bir pıçıltıdı. O da yenə özümüçün, öz ətrafım üçün.

Könlümüoxşayıb gözümü çəkir

Canımdantük kimi sözümü çəkir...

Yaramınüstünə dözümü çəkir-

Torpaqda buboyda gücə bax, Allah!

Xəyalımgöylərdən asılıb qalır

Yaddaşdaxatirə yazılıb qalır...

Budaqdagünəşə qısılıb qalır-

Yarpaqda buboyda gücə bax, Allah!

Qatırbir-birinə dağı, dərəni

Yerindənoynadır bir cür hərəni...

Qəlblərəqəflətən düşən zərrəni-

Məcnuntəkgöyərdən gücə bax, Allah!

Sirlərinsonsuzdu, bucağın geniş

Aşiqlərsığınan qucağın geniş...

Mənim dəcanıma bu yaşda sinmiş-

Dilləriöyrədən gücə bax, Allah!

Hə, əslindəbu şeirin "mayovka"ya heç bir dəxli yoxdu. Amma məni yaşadan,xatirələrimi göyərdən, duyğularımı Məcnun duyğusuna tən tutan elə bir güc varki, onu da mənə Tanrı verib. Bir Tanrı bəndəsi olaraq mən də həmin o üz tutubgetdiyim yerlərin gözəllikləri qarşısında diz çökdüyüm kimi, verdiyi gücə, ömrəgörə də Tanrı qarşısında diz çökürəm. Axı insan, xüsusilə onun güclü cinsi Allahın, ananın, torpağın vəbir də sevginin qarşısında əyilməkdən, diz çökməkdən heç vaxt çəkinməyib.Əksinə, bunu şərəf bilib.

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV