adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Iyul 2019 16:15
11084
GÜNDƏM
A- A+

Jurnalistlər pulsuz müayinədən keçiriləcək

22 iyul - Milli Mətbuat Günü münasibətilə bütün KİV nümayəndələri üçün ödənişsiz ilkin terapevtik müayinə keçiriləcək.

Adalet.az-ın məlumatına görə, müayinəni "Apifioterapiya" Mərkəzinin həkimi fitoterapevt Elnur Eldaroğlu aparacaq.

E.Eldaroğlu Trend-ə bildirib ki, aksiya 24-26 iyul tarixlərində keçiriləcək.

Aksiyadan qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.