Faiq QİSMƏTOĞLU: YÜZÜNCÜ QAPI

FAİQ QİSMƏTOĞLU
44593 | 2019-07-18 15:38

...Dünyanın çox sirli qapısı var. Və dünyanın bu sirli qapısının çoxları doxsandoqquzunu aça bilib. Amma bir qapını hər adam aça bilmir. Çünki bəziləridüşünür ki, nazirdisə, icra başçısıdırsa, hüquq-mühafizə orqanlarında məsul vəzifədəişləyirsə, bütün qapıları aça bilər. Düzdür, onlar vəzifə və gücləri hesabınabu qapının doxsan doqquzunu açmağı bacarırlar. Amma o yüzüncü qapı nə vəzifəyəbaxır, nə var-dövlətə baxır, nə də şan-şöhrətə. Və bu yüzüncü qapını yalnız UluYaradan insanın üzünə aça bilər. Bax, elə əsl məsələ də bu yüzüncü qapınıaçmaqdır.

Pul,var, dövlət hələ o demək deyil ki, o bəndə Allaha yaxındır və əməli-salehdir.Düzdür, Allahın elə bəndəsi var ki, var-dövləti başından aşır, ancaq bir dəqiqədə, bir an da böyük Yaradnı unutmur. Və Allah-Təala biz insanları var-dövlətlə,vəzifəylə, şan-şöhrətlə sınağa çəkir. Kimlər ki, bu sınaqdan, bu imtahandan səbrləçıxırlar, o adamlar Allah tərəfindənmükafatlarını da alırlar.

Bir rəvayətyadıma düşür. Varlı bir adam olur, var-dövləti aşıb-daşır. Nə qədər varlıydısa,bir o qədər zalım və zülmkar olur. Yaxınları, ağsaqqalları ona öyüd-nəsihətversə də, heç nəyi vecinə qoymur; öz bildiyini eləyir. Deyir ki, pulum var, nəistəsəm eləyə bilərəm. Və günlərin bir günü bu adam ağır xəstəliyə düçar olur,qazandığı var, dövlət heç biri onun köməyinəçatmır. Oğlanları deyirlər ki, atamızın çox böyük günahları olub. Onuqır qazanında qaynadacaqlar. Ona görə də gəlin kənddən bir halal adam tapaq,atamızı dəfn edəndən sonra qəbiristanlıqda onun qəbrinin yanında yatsın.Sorğu-sual eləyəndə günahının yarısınıboynuna götürsün. Təmiz bir halal adam tapırlar. Deyirlər ki, atamın qəbrininyanında yat, sorğu-sual olunanda günahının yarısını boynuna götür! Onun əvəzindəsənə bir küpə qızıl verərik. Kişi də deyir ki, qızılınız-mızılınız mənə lazımdeyir, gedib yataram.

... Qəbrinyanında yatır, görür ki, budu, sorğu-sual eləyənlər gəldi. Sorğu-sual eləyənlərgörürlər ki, burda bir meyit var, bir də diri adam. Deyirlər ki, qoy birinci budirini sorğu-sual eləyək, görək burda neyniyir. Başlayırlar onusorğu-suala tutmağa. Adını, soyadınısoruşurlar. Əməl dəftərinə baxırlar, görürlər ki, bu adam çox təmiz adamdı. Cəmibir dəfə yerdən bir ip götürüb əynindən düşən şalvarını bağlayıb. Elə bu sualıda ona ünvanlayırlar:

- O ip sənindeyildi, niyə onu götürdün?

Kişiand-aman edir ki, vallah, yolun ortasında qalmışdı, sahibi də yoxuydu. Köhnəbir kəndir idi, mən də şalvarımı bərkitmək üçün o ipi götürüb istifadə elədim.

Kişigörür ki, bir ipin sualına cavab verməkdə çətinlik çəkir, tez aradan çıxır, kəndəqayıdır. Rəhmətə gedənin oğullarına deyir ki, gedin atanızın zibilinə cavabverin. Mən bir kəndirin sualına cavab verənə qədər dilim-ağzım qurudu. O ki,qala o qədər zülmlər eləmiş atanız ola.

Yəqinki, bu dünyada günahsız insan yoxdu və hamımızın günahı var. Amma günah da var,günah da. Biri var günah balaca bir fındıq boyda olsun, bir də var dağ boydaolan günah. Bax, o dağ boyda olan günaha istər bu dünyada, istərsə də o dünyadacavab vermək çox çətindi.

Buyaxınlarda qəzetlərin birində oxudum ki, uzun müddət nazir işləmiş bir adamindi oruc tutur, namaz qılır, ibadət eləyir və Quran oxuyur. Yəqin o nazir əvvəlkigünahlarını yumaq istəyir. Ancaq onun namaz qılmağı da, oruc tutmağı da, Quranoxumağı da çox gecdir. Çünki o, ibadəti nazir olanda eləmək lazım idi ki, indi dəbu günahların üçün əziyyət çəkməyəsən. Hər halda, bizim nazirlər necədir,onları bir xalq bilir, bir özləri, bir də Ulu Yaradan! Əgər sən nazir olandakasıblara zülm eləmisənsə, zəkat verməmisənsə, kiminsə haqqını yemisənsə, ətrafınayaltağı, dələduzu, vucdansızı toplayıb bu camaatın dərisini soymusansa, bunungünahı o qədər də yüngül deyil. Hər halda, hər şeyə qiymət verən Ulu Yaradandı!

Axı yüzüncüqapıdan danışırdıq. Bayaq dedik, yüzüncü qapını nə vəzifəylə, nə də pulla,var-dövlətlə açmaq çox zor. Yüzüncü qapı insanın əməlinə, qəlbinin və ürəyinintəmizliyinə Allah sevgisinə görə açılır. Bu qapını da heç bir bəndə yox, yalnızvə yalnız Ulu Yaradan açır adamın üzünə. Çünki biz bir-birimizi aldada bilərik,bir-birmizə kəf gələ bilərik, bir-birimizə yalan danışa bilərik. Amma Allahıheç vaxt aldada bilmərik. Bəzilərinin ürəyindən Allahlıq da keçir. Və düşünürki, mən bu vəzifədəyəmsə, elə nöyzənbulla, Allah kimi bir şeyəm. Və onudüşünmür ki, o, sadəcə olaraq bir bəndədi, Allahın yaratdığı şans hesabına gəliboturub o vəzifədə. Günlərin bir günündə o vəzifədən təpəsi üstündə elə gələcəkki, heç qiyamətə qədər, bir də ayağa qalxa bilməyəcək.

İnsanyaxşı günündə, kefinin kök anında, var-dövlət başından aşanda Allahı yadasalmalıdı. O var-dövləti, o şan-şöhrəti itirəndən sonra çoxları Allahı tanıyırvə çətin vəziyyətə düşdüyü üçün Allahdan kömək istəyir. Tay bilmirəm, Allahonların səsini eşidir, ya eşitmir. Ammabildiyim odur ki, dualar da olunanda gərək onu əməli-saleh adam eləsin.Yəni təmiz, namuslu və vicdanlı adamların müqəddəs kitabda buyurulduğuna görə,duaları daha tez qəbul olunur. Məsələn, bir vaxtlar yağış yağmayanda camaatyığışıb Həzrəti Məhəmmədin yanına gedərmişlər ki, o, Allaha dua eləsin. Peyğəmbərdə Allaha dua eləyən kimi yağış yağarmış, bütün quruyan ağaclar, taxıl bu sudaniçərək cana gələrmiş.

İndibildiniz yüzüncü qapı hər adamın üzünə niyə açılmır? Bax, elə gərək əməlin və əqidən təmiz olarki, bu yüzüncü qapı da bizim üzümüzə açıla. Amma təmizikmi? Qoy bu suala bizimhər birimizi tanıyan adamlar cavab versinlər.


TƏQVİM / ARXİV