Yüz yaşa, yazıçı Yaşar

ETİBAR CƏBRAYILOĞLU
88059 | 2013-05-04 00:36
"Mənimyazıçı işləmək imkanım yoxdu"

"Həyataöyrəşdiyin kimi ölümə də öyrəşirsən"

Yaşarınistedadlı yazıçı olduğunu ədəbi ictimaiyyət çoxdan qəbul edib. İlk hekayələri -"Canavar", "Oğul" dərc olunan gündən oxucular mətbuatda buimzanı axtarır. Yaşar isə kəmiyyət arxasınca qaçmadığından az yazır. Ötən buillər ərzində yazıçının "Tabut", "Rahatlıq","Dəfn", "Zarafat", "Ayrılıq" və s. hekayələri çapolunub. İllər demişkən, Yaşarın 50 yaşı tamam olur. Yubilyarın yaradıcılıqişləri bu hekayələrlə məhdudlaşmır. "Divar" hekayəsi Cəfər Cabbarlıadına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Onun dünyaədəbiyyatından etdiyi tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin"Xəzər" jurnalında dərc olunub. Maks Frişin, Bertolt Brextin dünyateatrlarında tamaşaya qoyulan pyeslərinin qəhrəmanları Yaşarın tərcüməsisayəsində Akademik Milli Dram Teatrının səhnəsində Azərbaycan dilindədanışırlar.

Yaşar təkcəyazıçıların deyil, biz jurnalistlərin də həmkarıdı. Ötən əsrdən, lap dəqiqi,1995-ci ildən "525-ci qəzet"in redaktorudu. Müəllifi olduğu"Şənbə qonağı" rubrikası bu qəzetin səhifələrində maraqlaoxunub.

Xalqyazıçısı, görkəmli yazıçı-dramaturq Elçinlə müsahibəsi ayrıca kitab kimi dərcolunub. Özü demişkən, müsahibədə Elçin ədəbiyyat adlı böyük bir dünyanınmaketini təsvir edə bilib.

Yüz ilyaşamasını arzuladığımız Yaşarla 50 illik yubileyi ərəfəsində 5 sual ətrafındasöhbətləşdik.

- 50 yaşsizin üçün nədir? İnsan ömrünün ekvatoru, yaxşı səslənən rəqəm, yoxsa...

- Sözünaçığı özümü 50 yaşlı insan kimi hiss etmirəm. 20-25 yaşım olanda 50 yaşhaqqında tamam başqa cür fikirləşirdim. Bu yaş mənə daha əzəmətli görünürdü.Amma indi görürəm ki, bu, cavanlıqda təsəvvür elədiyim kimi deyilmiş. İndi dahaçox 80 yaş barədə düşünürəm. Allah ömür versə, 80 yaşımda da yəqin elə indikeçirdiyim hissləri yaşayacam.

İnsanömrünü pillələrə bənzətsək, 40 yaşına kimi sanki sən o pillələri qalxırsan, 40yaşından sonra isə pillələri enmə mərhələsi başlayır. Məlum məsələdir ki, enməprosesinin özü sürətlə baş verir. Gənc yaşlarında sənə elə gəlir ki, illər çoxləng gedir. Yaşa dolduqca isə zamanın necə sürətlə ötdüyünün şahidi olursan.Mən indi bu ovqatdayam. İnsanın canında qəribə bir xof var. Xüsusi iləyetkinlik yaşında bu xofu hiss edirsən. Bəzən sənə elə gəlir ki, bu gecəyatdın, səhər oyanmaya bilərsən. Lakin yaşa dolduqca həyata öyrəşdiyin kimi,ölümə də öyrəşirsən, ölümlə doğmalaşırsan.

- Ötən dəfədostlarımızın birinin məclisində dediniz ki, xeyli vaxtdır içimdə yeni birəsəri gəzdirirəm, amma oturub yazmağa imkan tapmıram. İllər boyu bu hissləyaşamaq çətin deyil?

- Həmişəməndən soruşurlar ki, niyə az yazırsan? Az yazmağımın sadə bir səbəbi var. Buvaxta kimi yazdığım hekayələr üzərində çalışanda hər şeydən təcrid olunmaqimkanım olub. Rəhmətlik atam sağ idi, qazanıb gətirirdi. İşləməyə ehtiyacım yoxidi. Əsas yazdıqlarım da elə o illərə təsadüf edib. Amma illər ötdükcə evin,ailənin, övladların qayğısı məni oturub hekayə yazmaqdan məhrum elədi. Yazmaqistədiyim obrazlar yox, öz obrazım və doğma obrazlarım haqqında daha çoxdüşünməyə məcbur oldum. Çünki ailəni dolandırmalı, qayğıların, problemlərinhəlli yollarını axtarmalı idim. Ona görə də tərcümələr eləməyə başladım. Sən dəyaxşı bilirsən ki, son illər tərcümə ilə intensiv məşğul oluram. Bununmüqabilində aldığım qonorar da bayaq dediyim problemlərin bir qismini həlletməyə imkan verir.

- Bayaqdediniz ki, "niyə az yazırsan" - deyə soruşurlar. Yəqin həm də"niyə ancaq hekayə yazırsan" -deyə soruşanlar da çoxdur...

-Soruşanlar olur. Mənim də cavabım adətən belədir - hekayə yazanda özümü daharahat ifadə edirəm. Argentina yazıçısı Xulio Kortasar deyir ki, hekayəfotoqrafiya, roman isə kinodur. Mən bu fikirlə tam razıyam. Hekayə elədir ki,fotoqrafiyada olduğu kimi, sən anı tutmağı bacarmalısan. Bu bir anın içərisindəmənzərəni elə yaratmalısan ki, orada artıq heç bir detal olmasın. Ammairihəcmli əsərlərdə - povestdə, romanda vəziyyət fərqlidir. Müəllif necədeyərlər, səhifələrlə özünü boş buraxa bilər.

Romanyazmamağıma gəlincə, söhbətin əvvəlində bu məsələyə bir balaca toxunduq. Hekayəyazanda bir həftə, on gün bütün məişət qayğılarından təcrid olunub əsərüzərində işləməyə gücüm çatır. Amma irihəcmli əsər, tutaq ki, roman yazmaq üçünən azı gərək 5-6 ay hər şeydən təcrid olunasan. Bu da indiki vəziyyətimdəmümkün deyil. Çünki mənim yazıçı işləmək imkanım yoxdu.

- Fransızşairi, tənqidçisi Alen Boske kinonu zamanəmizin ən güclü tiryəki hesabedir. Biz tamaşaçılar bu tiryəklə necədavranaq ki, o bizim axırımıza çıxmasın? Kinonun mətbəxini bilən, dünyakinosunun nəzəri məsələlərinə yaxından bələd olan Yaşar tamaşaçıya nə məsləhətgörür?

- Əslindəbu gün ciddi kinonun, elə kitabın da əvvəlki dövrlərdəki təsiri qalmayıb.Detektiv əsərlər oxucu beyninə virus salıb onu ciddi ədəbiyyatdanuzaqlaşdırdığı kimi, seriallar da ciddi kinonun qarısına sipər çəkib. Əgər ciddikino insanı formalaşdırmağı bacarırdısa, seriallar bunun əksini edir. İnsanınbeynini qurudur, mənəvi cəhətdən onukeyidir. Mən belə hesab edirəm ki, tiryək məsələsini indiki seriallaradaha çox şamil etmək olar.

Dünya, rus,lap milli kinomuzda da elə filmlər olub ki, insanlar bu ekran əsərləri ilə özhəyatlarını qurublar. Təssüf ki, indi belə filmlərə maraq azalıb. Hamı serialabaxır, döyüş, qorxu səhnələri olan filmləri izləyir.

Azərbaycankinosunda isə məni narahat edən başqa bir məqamdır. 100 illik Azərbaycankinosunun simasını formalaşdıra bilməmişik. Gürcü filmlərinin titrlərində"Bu, gürcü flmidir" yazmağa ehtiyac qalmır. O dəqiqə bilinir ki, bu,gürcü filmidir. Özbək, hətta türkmən filmlərində də belədir. Hələ mən fransız,italyan, amerikan kinosunu demirəm. İran kinosundan da geniş danışmağa ehtiyacyoxdur.

Bu günAzərbaycan dövləti kinonun inkişafına diqqət, vəsait ayırır, yeni filmlərçəkilir. Lakin hələ də biz milli kinomuzun simasını yarada bilmirik. Görünür busahədə çox iş görməliyik. Güclü kadrlar yetişdirməli, kinonun maddi-texnikibazasını müasir tələblərə uyğunlaşdırmalıyıq. Kino kollektiv sənət olduğundanbu məsələlərdən birində problem yarananda digərinin də işinə mane olur.Yazıçılıqda tamam fərqli vəziyyətdir. Yazıçılıq intim sənətdir. İstənilən qələmadamı böyük ədəbiyyatı oxumaqla özünü yazıçı kimi formalaşdıra bilər. Kino isədediyim kimi, kollektiv sənət növüdür.

- Xalqyazıçısı, görkəmli yazıçı-dramaturq Elçinlə müsahibəniz böyük maraqlaqarşılandı. Hətta bu silsilə müsahibə "Elçinlə ədəbiyyat söhbəti" adıaltında ayrıca kitab kimi çap olundu. Müəllif kimi bu müsahibənin uğurqazanmasının sirrini nədə görürsünüz?

- Sən dəyaxşı bilirsən ki, bir vaxtlar "525-ci qəzet"dəki "Şənbəqonağı" layihəsində müxtəlif sahələrdə çalışan tanınmış insanlarlamüsahibələr aparırdım. Bu müsahibələri götürməkdə bir məqsədim var idi.Əvvəllər insanlar bir-birinə məktub yazırdı. Hansısa klassik bir yazıçının,şairin 10 cild kitabı çap edilirdisə, bir cildi onun müasirlərinə, ailəüzvlərinə yazdığı məktublar olurdu. Tutaq ki, Bulqakovun bacısına yazdığıməktublar mənim üçün onun əsərləri qədər maraqlıdır.

Amma indiməktubları mesajlar əvəz edib. Mesaj isə çox qalmır, silinib gedir. Mənfikirləşirdim ki, məktubları indi müsahibələr əvəz edə bilər. Yazıçı kimi mənimüçün maraqlı idi, hansısa bir məsələyə müsahibimin münasibəti necədir, nədüşünür?

Elçinmüəllimlə müsahibənin belə geniş alınacağını fikirləşmirdik. Lakin sonra eləalındı ki, biz onu təsnifatlaşdırdıq.

Təəssüf ki,bu gün jurnalistikaya gələnlər müsahibə janrına adi, səthi yanaşırlar. Elçinmüəllimlə müsahibəni 30, lap 50 il sonra da oxumaq olacaq və oradakı bir cümlədə köhnəlməyəcək. Həmin müsahibənin əsas xüsusiyyəti nədir? Canında, qanındayazıçılıq istedadı olan hansısa bir gəncin institut oxumasına ehtiyac yoxdur.Elçin müəllim bu müsahibədə ədəbiyyat dediyimiz böyük bir dünyanın maketini,xəritəsini, marşrutlarını, yollarını, cığırlarını dəqiq təsvir edib.

Elçinmüəllimin yaradıcılığına, ədəbi düşüncələrinə bələd olduğum üçün inanırdım ki,müsahibə uğurlu alınacaq. Həmin müsahibə bir daha sübut etdi ki, həmsöhbətolduğun insanın şəxsiyyətini yaxından tanıyanda, yaradıcılığını dərindənbiləndə, necə deyərlər, obyekti düzgün müəyyənləşdirəndə müsahibə maraqlı alınır və oxunur.

EtibarCƏBRAYILOĞLU

TƏQVİM / ARXİV