adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Iyul 2019 14:38
40865
MƏDƏNİYYƏT
A- A+

Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunacaq

Ölkə başçımızın müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaq.

Adalet..az-ın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş "Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.

Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 19:00-da həmin tamaşanın premyerası ilə başa vuracaq. 20 iyul saat 12:00-da isə kollektivdə mükafatlandırma mərasimi keçiriləcək.