adalet.az header logo
  • Bakı 13°C

Aldanmış ömrün insanları...

SAMİRƏ ƏŞRƏF
58287 | 2013-05-04 00:35
Ötən dəfəRabindranat Taqor haqqında olan yazımdansonra yaxın xanım dostlarımdan biri mənə belə bir başlıqlı mesaj yazmışdı."Deyəsən, daha öz dərdlərimiz səni yorub, indi də üzünü Hindistantərəflərə tutmusan". Təbii ki, mən bu mesajı zarafat kimi qəbul elədim.Amma bir amma vardı ki, doğurdan da bu zarafatın içərisindən həqiqətboylanırdı. Özümüzün bu qədər dərd ələmimizin içərisində məni Taqor həyatını,yaradıcılığını araşdırmağa sövq edən nələrsə olmuşdu...

Hərtərəfdən üstümüzə axıb tökülən problemlər, cəmiyyətdə addıma bir qarşımızaçıxacaq təhlükəli, riyakar, yaltaq insanlar əlimizə yazmaq üçün bir çoxmövzular versə də, iş burasındadır ki, onlardan yazmaq yaradıcı adamları sözünəsl mənasında yorur, onların daxilində böhranlar yaradır. Bu baxımdan da mənarada məşhur insanların həyatlarından yazılar yazıb özümü bir növ bu məngənədənçıxartmaq istəyirəm. Təbii ki, oxucuların zövqünü də nəzərə alıram. Çünki,mütaliə ilə məşğul olan hər bir insanın sevdiyi yazıçılar, şəxsiyyətlər vardırki, şübhəsiz həmin şəxsiyyətlərdən biri də Taqordu.

İndi keçəkməsələlərin o biri tərəfinə. Yəni astar üzünə...

Heç kimbilmir ki, bir saniyədən sonra başına nələr gələ bilər. Əvvəllər insanlar birayın, bir ilin planlarını qurub yaşayırdılar. İndi isə fikir verirəm ki,plansız yaşayan insanların sayı günü-gündən çoxalmaqdadı.

Ərlərarvadlarını əxlaqsız edib yeddi nəsil arxa dönənini urvatdan salıb, sonraekranlara çıxıb milyonların gözü qarşısında üzr istəyir, yalvarır, göz yaşlarıaxıdır.

Kimliyindənasılı olmayaraq ləkə yaxmaq və yaxud da ləkəni daha da tündləşdirmək insanlığasığan məsələlər deyil. Bütün bunları anlamaq üçün sadəcə olaraq insan olmaqlazımdır.

İnsanlarınzövqlərinə, fikirlərinə hörmət etmək, onların yaxşı tərəflərindən şəxsimənfəətlər üçün istifadə etməmək, şəxsi həyatlara toxunmamaq çox vacibməsələdi.

Nədənsə,musiqimizin şou-bizneslə məhv edildiyi bir vaxtda məşhurların şəxsi həyatlarınaolan görməmiş bir maraq da sürətlə yayılmağa başladı. Kiminin nə qədərdövlətli, kasıb və yaxud da əxlaqlı və ya əxlaqsız olmaları kameralarınyaddaşına, ordan da evlərimizə köç etdi. Hamı dərd-sərini keyidib, hansısadiringi, bir nanay-ninayçının pullarının, maşınlarının hesabını çəkdi. Elə bilo nanay-ninayçılar qazandıqları pulları gətirib həmin adamlara veribdeyəcəkdilər ki "al, qadan alım,görürəm mənim var-dövlətim səni yaman maraqlandırıb. İndi bu marağının əvəzinəmən də sənə öz dövlətimdən bir azca qırtladıb verirəm".

Bəli,vəziyyət həqiqətən də belə absurd bir yerə gəlib dirənib.

"Sehrlikanallar" bizim insanların məşhurlaşmağa, şöhrət olmağa can atanyaralı şüurlarına çox ağır zərbələrvurdu. Əgər hansısa möcüzə baş versə və biz həmin zərbələrdən qurtulsaq, ozaman həmin zərbələrin yerinin sağalması üçün bizə hələ uzun on illiklər lazımolacaq.

Buməsələlər o qədər təhlükəli məsələlərdi ki, burda bir çoxumuz gücsüz və acizdurumdayıq.

Sözaçılmışkən, bir haşiyə də çıxım. O gün tv kanalların birində bir veriliş gedirdi.Deməli, oyun çıxartmaqda çox məşhur olan bir kanalda kişinin birini oturdublar ekran qarşısınaüz-gözünün də qaralayıb, səsini qalınlaşdırıblar ki, tanınmasın. Bir sözləbilən yoxdu ki, kimdi, nəçidi, hardan gəlib, hara gedir. Adam ekrandan ad çəkmədənhansısa müğənnilərə sponsorluq etdiyini deyir. Jurnalistdə eləmə tənbəllikdəmir çarığını ayağına geyinib düşürşou-biznes şəhərciyinin canına. O arvadı dilləndirir, bu qıza bir sözatır. Axırda heyvanlara konsert verməkdə adı heyvan sevərə, nə bilim dahanələrə çıxan bir müğənni salır söhbətin "sən dedin, mən qandım"yerinə başlayır ki, bəs, "mən müğənniyəm, sənətimi sevən insanlar çoxdu.Onlar mənə saf niyyətlərlə hər cür köməklik edə bilərlər filan, beşməkan".Yəni, dolayı yolla demək istəyir ki, müğənnini sevərlər də, hələ üstəlik onasponsorluq da edərlər. Söhbət studiyaya qayıdanda rejissor Aqil M. Quliyevməğzə nöqtə qoyub deyir ki, "burda nə var ki, müğəninin, üstəlik qadınmüğənninin sponsor söhbətləri bineyi-qədimdən olub, olur, olacaq da! Heç kimdeməsin ki, bıyyy az, az, az sən nə danışırsan, sponsor hara, mən hara?!"Allah səni güldürsün, ay, M. Quliyev. Rejissor ki, rejissor. Salır yaradıcıdamarına, söhbətə bir az da xalq dilinin şirinliyini qatıb məsələni üzüyolaxətm edir!

İndi mənimişim də o müğənnilərlə deyil. Zatən, bir balaca savadı olan insanlar onlardanəllərini yuyublar. Məsələ burasındadı ki, o efirdən qaraya bürünüb üz-gözünügizlədib müğənnilərə milyonlar xərclədiyi üçün sinəsinə döyən adam hər günefirləri işğal edən xörək bişirdi verilişlərinə baxırmı? Əgər baxırsa yəqinorda hansı meyvələrin, tərəvəzlərin adlarının çəkildiyindən, onlardan növbənövyeməklərin, şirniyyatların hazılandığından da xəbəri var.

Evindəaylarla bircə kilo ət bişirib yeyə bilməyən insanlar da həmin yeməklərdən yeyəbilmədiyi üçün nə qədər bədbəxt və yalavacdılar. Bunları da bilirsinizmi?! Nəolar ki, o milyonlarınızın qəpik-quruşlarını da həmin insanlaraxərcləyəsiniz.

Fərz edəkki, həmin verilişə baxan, aya yetmiş manat məvacib alan bir süpürgəçinin onaltı yaşlı qızı da o yeməklərin dadını, həsrətini çəkir. Bir dözür, iki dözür, öz rəfiqələri ilə gəzməyəçıxanda iyirmi qəpiklik bulkunu ala bilməyib dözümünün "ip"iniburaxır. Ya məşhur olub pul qazanmaq adına evdən qaçır, ya əsəbləri sıradançıxıb intihar edir, ya da nə bilim daha hansısa bədbəxt hadisələrin qəhrəmanınaçevrilir. Yəni türklər demişkən, enində sonunda ortalığa bir"qəhrəman" çıxır. Dərd isə ondadır ki, indi bizim cəmiyyətimizdəminlərlə belə qəhrəmanlar var.

On manatagörə nənəsini öldürən yeniyetmə nəvələr, bir kəlmə sözə görə arvadını, uşağınıbaltadan keçirən atalar, yaxın qan qohumlarını zorlayan insanlar yığımıiçərisində yaşamaqdayıq.

Sonra dadeyirik ki, hamı bir-birindən uzaqlaşıb. Heç kim bir-birinə qonaq getmir və s.Bütün bunların kökündə insan, şəxsiyyət çatışmazlığı dayanır. İnsanlarkimlərinsə şəxsiyyət olmasına inanmır. Hamı bir-birindən şübhələnir. Hər kəs özevinə məbəd kimi sığınıb, qapılarını sıx-sıx qıfıllayır. Hər kəs qorxur ki,azdan-çoxdan rahat ola biləcəkləri evlərinə tək sığındıqları o məkanlarakimlərinsə bədxah əlləri uzana bilər. Bütün bu səbəblərdəndir ki, doğmalar buqədər yad olublar.

Cəmiyyətimizdəçox ciddi şəxsiyyət çatışmazlığı var. Və bu çatışmazlıq insanları fəlakətəsürükləyir. İnsanlar həkimlərə inanmır. Qorxur ki, indi hansısa firmadərmanlarını onlara sırıyacaqlar. Müəllimlərə, vəkillərə, dostlara, yoldaşlara,ərlərə, arvadlara inam hər gün bir az azalır. Dərdini deməyə, məsləhət almağaolan insanlar demək olar ki, yoxa çıxıblar. Olanlar da hərəsi bir cürə məhvedilir. Çox vaxt bunlardan heç onların özlərinin də xəbəri olmur ki, dünyahardan gəlib, hara gedir. Hamımız elə fikirləşirik ki, dünya hara gedir getsintəki bizdən nəsə aparmasın.

Elə bütünbu məsələlərdən dolayı ötən həftə bu kimi dərd-sərləri çözələməkdən qurtulmağaçalışmışdım. Lakin sevimli dostum aldanmaq istəmədi. Məni üzümü Hindistanatərəf tutmaqda ittiham etdi.

Haqlısanəziz dostum. Mən ötən yazımda üzümü Hindistana tərəflərə tutdum. Sən və səninkimi aldanışa dözümü olmayanhəmyaşıdlarım da öz sözünüzü asanlıqla deməyi bacardınız. Çünki, bizi oqədər aldadıblar ki, indi aldanmamaqda ustalaşdığımızı zənn edirik.

Lakin inanmənə əziz dost, bizi həmişə aldatdılar! Əvvəl oktyabryat, daha sonra pionerelədilər. Komsomola çata bilmədik... Çünki, yenə bizi aldatmışdılar.Torpaqlarımızdan, ellərimizdən ayırıb bizi başqa yerlərə atdılar. Hamımızbir-birimizi itirdik. Uzaqlaşdıq, yadlaşdıq. Amma xatirələrimiz ürəklərimizdənsilinmədi. Həmin xatirələr bizi bir-birimizi unutmağa qoymadı.

Bəlkə dəbiz doğulub, boya-başa çatdığımız o torpaqlarda olsaydıq indi hər şey tamambaşqa cür olacaqdı. Valideynlərimiz vaxtsız dünyadan getməyəcəkdi, talelərimizyalnış ünvanlara bənd olmayacaqdı. Gözümüz-könlümüz yasəmən, qızılgülçiçəklərinin açılmasında, onların ətir saçmasında qalmayacaqdı. Uşaqlarımızıyarımçıq həvəslərlə pianino dərslərinə aparmayacaqdıq. Çünki, atılan mərmilər,güllələr özümüzün pianino dərslərimizi yarımçıq qoymuş, bizə erkən həyatdərsləri keçmişdi. Hansı fənlər yox idi ki, o "dərslərin" arasında?Pianinolarımız evlərimizdə təzə gəlin taxtı kimi qurulu qalmışdı. Lakin qalantəkcə pianinolarmı oldu? Bizim oyerlərdə bütöv bir uşaqlığımız qaldı.

Biz mərmisəslərinə gecələri səksəkə içərisində oyanan bütöv bir nəslin uşaqları olduq.Qonşularımızın evlərinə düşən mərmilər bizim "evcik-evcik"oyunlarımızı yarımçıq qoydu. Qızılı saçlı gəlinciklərimiz kölgəsində pomidorçörək yediyimiz söyüd ağaclarının altında günlərlə yatılı qalıb bizi gözlədi.Biz isə geri dönə bilmədik. Çiyinlərimizə qoyulan qaçqın yükünün ağırlığınadözməyə məhkum böyüdük...

...Kimimizmüəllim, həkim, şair, mən nə bilim daha nəolduq. Yenə də kimsə olmağaçalışdıq. Yarımçıq qalmış uşaqlığımızın ağrılarını, dəyişilmiş taleyimizinyükünü hərəmiz bir cürə çəkdik.

Dostum,həmin yük çəkənlərdən birinin, həmyaşıdımız şairə Günel Mövludun bircə bəndşerini göz yaşları içərisində cavab olaraq yazımın sonunda sənə ismarlayıram.

İndi mənimbaşıma

Od ələnənyaşımdı

Söykənibbir divara

Güllələnənyaşımdı.

Günelinotuz yaşında yazmış olduğu şerin ilk misralarıdı. Kim bilir o, bu şeriniyazarkən özünü neçə dəfə "güllələyib?! "

Bizim isəözümüzü "güllələmək" üçün bircə bənd şerimiz də olmadı əziz dost...İndən belə olsa da, yaşımız otuz yox, otuz üç, otuz atı, qırx olacaq. Buyaşlarda isə şeirlərlə güllələnmək olmur... Çünki, bu dəfə bizi yaşımız,ömrümüz aldatdı. Biz aldanmış ömrün insanları olduq!

SamirəƏşrəf

TƏQVİM / ARXİV