adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SƏNİ ATIB GEDƏRƏM...

VƏSİLƏ USUBOVA
40329 | 2013-05-04 00:34

Bilirsənharaya?! Sən olmayan yerə... İşə bax ey... Əvvəllər sən olmayan yer ağlıma dagəlməzdi. Elə bilirdim o yer yoxdu. Ola da bilməz.

Göylə Yerinarasında səsin, nəfəsin duyulmayan bir qarış torpaq ola biləcəyini ağlıma beləgətirmirdim. İndi çarəsini tapmışam o məkanı yaratmağın. Özümə ayrıca bir dünyaquracağam. Sənsiz... Heç barmağının ucunu da qoya bilməzsən o yerə. Məndən ötrühər qarışı qızıldandı o məkanın. Çünki zülmlə yaratdım o dünyanı. Səni oraburaxmamaqçın çəkdiklərimi heç səninlə də bölüşmək istəmirəm. Çox qiymətlidi oəzablar da. Mənim yaşantılarımdı, ona görə. Hər dəqiqəsi, saniyəsi çəkilməz,dözülməz acılarla doludu...

Çox irəligetmişdim. Çox böyütmüşdüm səni. Sevəndə adamın gözü böyüyürmüş, demək.Xəyallarımdan yapmışdım heykəlini. İnsan adına nə varsa, yazmışdım şəninə.Kişilik naminə deyilənləri səxavətlə biçmişdim boyuna. Yaraşmadı... Geyinəbilmədin o libası, daşıya bilmədin ağırlığını. Çiyinlərin əyildi, belindonqarlaşdı, sifətin eybəcərləşdi. Kim yırtdı gözümdəki pərdəni? Nə xeyirxah işoldu bu. Aramızdakı duman çəkildi. Gördüm səni. Görə bildim...

Nəkifirsənmiş sən... Kim gözəl çəkmişdi surətini qəlbimə?!.

Yaxşı ki,belə qalmadı...

Nədən buqədər arxayındın özünə? Əvəzsizliyə inanırdın yoxsa... Mən indi də inanıram.Amma... bu duyğular sənlik deyil. Səndən ötrü hamı bir-birini əvəz edə bilir...Deyirsən, dəyişmişəm? Təsəlliyçin yarayardı, indi yox. Aldatma özünü. Dəyişməkdə mənlik deyil. Hamı kimi olmaq bəxtəvərliyindən pay düşmədi mənə. Tükənirəmxırda-xırda, doğranıram narın-narın....

Tüstülənirəm,közərirəm, alışıram...

Sonra hərşey təzədən başlanır. Kül olmuram ki, birdəfəlik canım qurtarsın. Sakit, rahatbir ömür sürəm...

Onda dadarıxaram yəqin...

***

Saflığıavamlıq, sədaqəti qorxaqlıq kimi görənlərdənsən. İçinin qaranlığı gözlərini elətutub ki, mənim daxili azadlığımı görə bilmirsən. Görsəydin... anlardın ki,azad könüllərin qapısı həmişə açıq olmur. Ora girmək də, orada qalmaq daçətindi. Bu gecə bir filmə baxdım. Kişi sevdiyi arvadına sevmədiyi qadınlaxəyanət elədi. Qadınsa... sevmədiyi ərini sevdiyi oğlana dəyişmədi... Görəsən,burada qazancla itkini hesablamaq olar? Ərin sifətində peşmançılıq (tez ötübkeçəcəyi də bəlli), qadınınsa bəbəklərində isti damcılar (hələ-hələqurumayacağı bəlli)... Yenə bir yerdə qaldılar. "Ancaq ayrı yaşamaq mümkünolmayanda birlikdə yaşanılır" deyimi də işə yaramadı artıq. Araya girənsevgidən də qiymətli duyğulardı...

Sevgisizyaşamağa haqq qazandıran hisslər...

Çox bayağısəsləndi. Pozmaq da keçdi ürəyimdən. Əlim gəlmədi. Yazılanın pozulmamaq haqqıda var, axı...

Haqqınqələmi səni mənə yazmayıbmış. Kimsənin də pozmağa gücü çatmaz daha. Çoxtükətdim özümü. Dəyişdirə bilmədim əzəldən dəyişik yazılanları. Niyə mənistədiklərim olmur?! Kimdi qəsdimə duran? Göydəkilərmi, yerdəkilərmi? Çaşıbqalmışam: taleyin qələmi bu qədər cızma-qara yazarmı heç?!...

***

Mənim azaddünyamda ancaq bir sifət görmək darıxdırdı yoxsa səni?!...

Sənə dərskeçmək fikrim yoxdu. Fikirlərimi ağlına yeritmək də. Qorxutmaq istəyindən dəçox uzağam. Nədən qorxacaqsan?.. İtiriləsi bir şeyin də yox...

Birzamanlar o qədər havalıydım ki, ancaq ikimizin olsun bu dünya, deyirdim.Dünyanın da ikicə adamı olsun - Sən və Mən! İtirən özüm oldum. Dünyanın da hərşeyi var, sənin də. Tək qalan, sənsiz qalan mən oldum. Mənim yaratdığım səni dəitirdim...

Heçqaytarmaq fikrim də yoxdu. Sənə qərib olan dünyada yaşaya bilməzsən. Qınamıram səni. Elə ikimiz də birgələrik. Mən mümkün olmayanla mümkün olanın fərqini, sən də mənimləbaşqalarının fərqini anlaya bilmədik. Sənin nə qazandığını bilmirəm. Mənsəyaxşı dərs aldım. Gözlərim açıldı... Ancaq... kimsəyə arzulamıram bu"gözüaçıqlığı"... Qorxuram çox çəkməyə. Belə gözüaçıqlıq da mənlikdeyil. Əlçatmaz şeylərə gözlərimi qapamaq işimə yarayır hərdən. Dərddənsızıldayan bədənimi ağuşuna alıb ağrısız yerlərə apara bilir...

***

Səni atıbgedəcəm. Heç nə itirməyəcəksən, bilirəm. Səndən yox, özümdən qaçacam. Sənəgücüm çatmadı, özümü dəyişdirəcəm. Səni tanımayan birisi yapacam özümü. Təzədəndoğulan birisi. Qəlbim yenə narahatdı. Birdən... o da özümə oxşadı...

Öyünəbilərsən məni bu dünyadan qovmağınla. Mən də öyünərdim, səni öz dünyamaqatsaydım. Mənmi zəif oldum, sənmi güclü?! Deyəsən, bunun cavabı heç zamanolmayacaq...

Niyə budünyanın sualları cavablarından çoxdu?! Özü də bərabər bölünməyib ömürlərə.Birinin ömrü elə başdan-ayağa suallardan yoğurulub. O birisi də cavablarınbolluğundan bezib.

Səndənuzaqlaşmaq da gözəlmiş. "İndi nə dərdliyəm, nə də bəxtiyar..." Nəqədər aldadacaqdım özümü?! Görmək istədiklərimi gücnən sənə yapışdırmaqdan,əyninə biçilməyəni geyindirməkdən bezmişdim. Belə daha rahatmış. Ümidsizliyinözündə də qəribə bir təsəlli gizlənirmiş. Sona varan hər şey nəyinsəbaşlanacağının xəbərçisidi. Müsbət sonluqlar düşünməyə yer qoymur. Özündənsonra boşluq buraxan hər şeydə xoş bir gözlənti var...

(Özümüaldatmaq xasiyyətimdən nə vaxt əl çəkəcəm, görəsən?!...)

***

Nə vaxtsaməni itirdiyini anlayacaqsanmı? Həm də səbəbsiz, öz zəifliyin ucbatındanitirdiyini... İnanmıram. Bir də ki... heç anlamasan yaxşıdı. Çox gecikərsən.Geriyə dönməyə də, itirilənləri qaytarmağa da bir ömür gərəkdi...

Nə o ömrütapacaqsan, nə də məni...

Vəsilə USUBOVA

[email protected]

TƏQVİM / ARXİV