adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2019 12:25
23153
KRİMİNAL
A- A+

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.