hacklink Adalet.az | DÜNYANIN ƏN GÖRKƏMLİ HAVA LİMANLARI Adalet.az | DÜNYANIN ƏN GÖRKƏMLİ HAVA LİMANLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

DÜNYANIN ƏN GÖRKƏMLİ HAVA LİMANLARI

9110    |   2019-07-17 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır












VANKOVER – KANADA

Kanadanın kosmopolit şəhəri olan Vankoverdən 12 km uzaqda yerləşən Vankover Hava limanı bir ildə 30 milyon sərnişinə xidmət edir. 56 hava yolu şirkətinin olduğu hava limanı insanları 127-dən artıq nöqtəyə daşıyır. Hava limanın hər nöqtəsində pulsuz internet və pullu baqaj saxlama xidməti var.

Dubay millətlərarası hava limanı

Dünyanın ən çox istifadə olunan turistik mərkəzlərindən biri olan Dubayda yerləşən bu hava limanı sərnişin baxımından dünyanın ən işlək hava limanları sırasındadır. Olduqca böyük olmağı ilə diqqəti çəkir. Pasport yoxlanışı girməzdən əvvəl hava limanının bütün ərazilərində "duty free” mağazaları, VİP salonlar, kafe-restoranlar, hətta maassaj salonları da var.

KUALA LUMPUR HAVA LİMANI – MALAYZİYA


Malayziyanın Sepanq şəhərində tikilən bu liman paytaxt Kuala-Lumpurdan 45 kilometr aralıda yerləşir. Cənubi şərqi Asiyanın ən işlək hava limanlarındandı. Moder memar üslübu ilə diqqət çəkir. İki hissədən ibarət hava limanının içində kiçik bir şəlalənin axdığı, quşların cəh-cəh vurduğu bir meşə var. Çox böyük bir əraziyə malik olan hava limanında terminallar arası keçid üçün qatardan istifadə olunur.

PEKİN MİLLƏRLƏRARASI HAVA LİMANI – ÇİN


Çinin paytaxtı Pekində yerləşən bu hava limanı hər il 78 milyon qonaq qarşılayır. İngilis memar Norman Foster tərəfindən dizayn olunan bu hava limanı hər iki yanında yerləşən əjdaha şəkli ilə şəhərin simvoluna çevrilib. Suşi restoranları, yatmaq üçün otaqları var.

ŞİPHOL HAVA LİMANI – HOLLANDİYA

Hollandiyanın paytaxtı Amsterdama 17,5 km məsafədə yerləşən Şipol hava limanı dünyanın ən böyük hava limanları sırasındadır. İçində kazino və sənət muzeyi ilə diqqət çəkir. Alış-veriş üçün olduqca çox dükan seçimi var.




MÜNİX HAVA LİMANI – ALMANiYA

İldə 25 milyon qonağa ev sahibliyi edən bu hava limanı şəhər mərkəzindən 20 km uzaqlıqda yerləşir. Avropanın ən yaxşı hava limanları mükafatına sahib olan hava limanı modern memarlığın da ən yaxşı nümunələrindən biri sayılır.


INÇEON HAVALİMANI – Cənubi Koreya


Ölkənin ən böyük hava limanı olan İnçeon hava limanı İnçean şəhərində yerləşir. 700 min kvadrat metr əraziyə sahibdir. Milli üslubla modern üslubun birləşməsi hava limanının memarlıq üslubunda özünü biruzə verir. Ən yaxşı xidmət göstərilən hava limanları sırasındadır. Qonaqlara bəlli zamanlarda isti və soyuq içkilər verilir, 6 il ard-arda "Dünyanın ən yaxşı hava limanı” seçilib.



HONG KONG HAVA LİMANI – HONG KONG


Dünyanın ən böyük hava limanları arasındadır bu hava limanı da. İldə 60 milyondan çox qonaq qarşılayır. Restoranlar, qolf oynamaq üçün yerlər, kinoteatrlar, computer oyunları salonları var. 

HEATHROW HAVA LİMANI – İNGİLTƏRƏ



Ildə 75 milyon sərnişin qəbul edir. Londondan 254 km aralıdadır. İngiltərənin qitələrarası uçuşlarında böyük rol oynayır.




İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK