adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

POEZİYA - 2011-2012

VAQİF YUSİFLİ
76467 | 2013-05-04 00:29

(əvvəliötən şənbəsaylarımızda)

Bir dahatəkrar edirik: XXI əsrin qoşması, gəraylısı, heca şeiri heç də XVIII ya XIX əsrin qoşmasına,gəraylısına bənzəmir. Forma, struktur dəyişməyib, amma bədii təfəkkürdəyeniləşmələr baş verir.

Gəldinsə,deməli, getməyin də var,

Dünyaylaqalmağa əmr yoxuymuş.

Burda suxəmiri aparıb gedir, -

Suyu çoxaparan xəmir yoxuymuş.

De, kiminyanına qolu düşməyib?!

Kiminkomasına dolu düşməyib?!

Elə bilşahların yolu düşməyib,

Elə bilTeymurtək Əmir yoxuymuş!

Qaldıqcaüst-üstə qalandı hər şey,

Dünyanınözünə qalandı hər şey,

Sən demə,quruca yalandı hər şey,

Səndənsonra bir səs-səmir yoxuymuş!

Deyirəm,yoluna, izinə heyif,

Vaxtınyoxuşuna, düzünə heyif.

Zirəddin,özünə, özünə heyif,

Ölümdən oyana ömür yoxuymuş!

ZirəddinQafarlının bu qoşması öz forma mükəmməlliyinə görə klassik sənətkarlarınqoşmalarına çox bənzəyir. Professor Məhərrəm Qasımlının belə bir fikrinə mən dəşərikəm: "Zirəddin gidi dünyanın olub-olacaqlarını ozancasınaümumiləşdirməyi bacarır". Göründüyü kimi, baba qoşmamız formaca dəyişməyib,necə deyərlər, geyimi-gecimi, yarı-yaraşığı, ululuğu-qədimliyi hifz olunub,amma bu qədimlikdə təzəlik gözə dəyir, XXI əsr şairinin poetik təfəkkürüdiqqəti cəlb edir. Eyni fikri onun gəraylıları haqqında da söyləyə bilərik:

Bir körpəcəuşaq idim,

Saçlarımdadən qayıtdım.

Əcələyoldaş olmadım,

Əcəl getdi,mən qayıtdım.

Bu Yernədi, bu Göy nədi?

Ömür gündəbir öynədi.

Burnumunucu göynədi,

Gözlərimdəçən qayıtdım.

AyZirəddin, qəm keyimiş,

Sevincayıq, qəm key imiş,

Ölüm nəucuz şey imiş,

Öldüm, ölümdənqayıtdım.

TahirTalıblının, Balayar Sadiqin, Nazir Rüstəmin, İslam Sadığın, Sabir Yusifoğlunun,Baloğlan Cəlilin, Anar Aminin də 2011-2012-ci illərdə çap olunan gəraylılarınıoxudum və sevindim ki, necə deyərlər, qədim havalarımızı təzə səslə oxuya bilirik.

VII

Hər birədəbi mərhələdə yaranan əsərlərin xarakterik qəhrəmanı olur. Poeziyanı götürək:keçən əsrin iyirminci-otuzuncu illərinin qəhrəmanı "ələmdən nəşəyə"addımlayan, yeni quruluşu ürəkdən alqışlayıb bolşevik platforması mövqeyində dayanansırf ideoloji bir qəhrəman idi. Qırxıncı illərin poeziyasında isə döyüşçüobrazı aparıcı idi və müharibə bitdikdən sonra da bu obraz qəhrəmanlıq, igidlik nümunəsi kimi bir çoxşeirlərin, poemaların qəhrəmanı oldu. Sonra əllinci illərin döşü ulduzlu əməkçiqəhrəmanları və sadə, sıravi zəhmət adamları gəlir. Hələlik birincilər üstünidi və yazılan əsərlərin əksəriyyətində o qəhrəmanların ordenləri, medallarıdaha çox görsənirdi, nəinki hissləri, duyğuları. Altmışıncı illərdə isə mənzərədəyişir: nəsrdə olduğu kimi, poeziyada da sadə, sıravi, adi insanların həyatı,hiss və həyəcanları, gündəlik qayğıları ön plana keçdi. Ancaq altmışıncıillərin poeziyasında başqa bir qəhrəman tipi də diqqəti cəlb edirdi, bu dadünyada gedən ictimai-siyasi hadisələrə münasibətini gizlətməyən, mənsub olduğuxalqın milli-mənəvi dəyərlərinə, şanlı tarixi keçmişinə ürəkdən bağlanansoydaşımız idi. Yetmişinci-səksəninci illərdə də poeziyamızın qəhrəmanları (həmlirik, həm də epik səpgili) daha çox milli mentaliteti ilə seçilən qəhrəmanlaridi. Doğrudur, səksəninci illərin sonlarına qədər sosializm realizmikonsepsiyasını ifadə edən "müsbət qəhrəman"g bu obrazların da ideyayönümünü müəyyənləşdirirdi, amma get-gedə "müsbət qəhrəman"konsepsiyası deformasiyaya uğramağa başladı, çünki hər bir insan təbiəti,xarakteri etibarilə mürəkkəbdir, onu "boyaların qatışığında" - müsbətvə mənfi xasiyyətlərinin birgəliyində əks etdirmək lazımdır.

Doxsanıncıillərin ictimai-siyasi hadisələri ədəbiyyata, o cümlədən, poeziyaya da təsirsizqalmadı. Azərbaycanın müstəqilliyi uğrunda gedən savaşlar, 20 Yanvar, Xocalıfaciələri, yeni-müstəqil Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədənisahələrdə, ordu quruculuğunda çətinliklərdən keçə-keçə bir çox uğurlara imzaatması, beynəlxalq aləmdə özünü tanıtmasıgEyni zamanda, həyatda, cəmiyyətdə başverən mürəkkəb, təzadlı hadisələr, neqativ halların, korrupsiyanın,rüşvətxorluğun, regionçuluğun yeni dalğasıgziyalıların maddi, mənəvi durumununpisləşməsi, pulun, bazar əxlaqının şüurlara hakim kəsilməsi... bütün bunlarədəbiyyatda əks olunmalı idi və etiraf edək ki, müəyyən dərəcədə öz əksinitapdı da. Lakin ədəbiyyat, o cümlədən, poeziya dövrün qəhrəmanını yaratmaqda,onu bir nümunə kimi nəsillərə tanıtmaqda bir o qədər də fərqlənmədi. Passivhərəkət etdi. Gözləyirdik ki, həmişə gerçəkliyi qabaqlamağa çalışan və buna çoxzaman nail olan ədəbiyyat müstəqillikdövrünün özünün qəhrəmanlarını meydana gətirəcək. Elə bir ədəbi qəhrəman ki,heç olmasa, iyirmi-otuz ildən sonra onun timsalında geriyə-keçən əsrin doxsanıncıillərinə-ikimininci illərin əvvəllərinə boylanmaq, bu dövrü "oxumaq"mümkün olsun. Amma gözlədiyimiz ədəbi qəhrəman meydana çıxmadı. Bununsəbəblərini necə izah etmək olar? Mürəkkəb idi 90-cı illər, məmləkətdəbaş verən hadisələr sürətlə bir-birini əvəz edirdi, onlardan baş çıxarmaq çətinidi. Məsələn, dünən qəhrəman kimi alqışlanan insan bu gün ifşa hədəfinəçevrilirdi. Müxalifət-İqtidar münasibətlərinin gərginliyi, onları təmsil edənsiyasi partiyaların çəkişmələri və doxsanıncı illərin ictimai-siyasihəyatındakı şoular gərək ki, unudulmasın.g

Bəli,DÖVRÜN QƏHRƏMANI (burada N.Dobrolyubovun "Zəmanəmizin qəhrəmanı nə zamanyaranacaqdır?" məqaləsi yada düşür) yaranmadı. Amma ədəbiyyat, poeziyadövrün nümunəvi ədəbi qəhrəmanını yaradabilmədisə, dövrün özünün xarakteri, onun mürəkkəb səciyyəsi özünün inikasınıayrı-ayrı əsərlərdə tapa bildi. Gəlin, 2011-2012-ci illərdə çap olunan poeziyanümunələrinə diqqət yetirək.

Bugünküpoeziyada əsas motivlər bunlardır: Öz Vətənini sevən insanın (Azərbaycanlının)torpaq, yurd həsrəti, necə deyim: Vətəndən Vətənə boylanansətirlərgAzərbaycançılığın və türkçülüyün tərənnümügQarabağ mövzusu...gYenidövrün, yeni quruluşun mahiyyəti ilə heç cür barışmayan və yaxud onu çətinlikləqəbul edən insanın sərt, yaxud mütərəddid mövqeyi...gÖz ürəyiylə tənha qalmışlirik qəhrəmanın etirafları...gHəyat, ölüm, vaxt, zaman, keçmiş və gələcəkbarədə poetik düşüncələri əks etdirən fəlsəfi motivlər...g Və əlbəttə, sevgimotivləri... Göründüyü kimi, poeziyada əks olunan motivlər rəngarəngdir vəbunların sayını bir qədər də artırmaq olar. Bu motivləri əks etdirən şeirlərtəkcə şair ilhamının diktəsi yox, həm də zamanın diqtəsidir. Yeri gəlmişkən birməqamı da qeyd edim: bu motivlərarasında sinxron əlaqə də diqqətdən yayınmır.

VIII

Qarabağmövzusunda olduqca çox (deyərdik ki, qədərindən də artıq) şeirlər qələməalınıb. Və həqiqi, əsl poeziya nümunələri ilə yanaşı, gizlətməyək ki,saysız-hesabsız zəif və bəsit şeirlər də çap olundu, auditoriyalara yol tapdı.Əlbəttə, istər zəif, istər ortabab, istərsə də həqiqi olsun, Qarabağdan sözaçan şeirlərin Qarabağa məhəbbətdən doğduğuna heç bir şübhə ola bilməz. Ancaqpoeziya təkcə məhəbbət üstündə qurulmur, poeziyanın öz qanunları var və buqanunlar mövcud olmasaydı dahi Füzuli ilə onun yaşadığı əsrdə bir nəzmkarın,Mirzə Ələkbər Sabirlə adi bir həcv yazanın fərqi bilinməzdi. Bu mənadaQarabağa, itirilmiş torpaqlara həsr olunan, yurd həsrətini ifadə edən və əslsənət nümunəsi hesab olunan şeirləri və olsun ki, bir neçə poemanı iki cildlikbir kitaba sığışdırmaq mümkündür.

Qarabağhəsrətini öz içində yaşadan, yazdıqları şeirlərin kəmiyyətinə görə deyil, ohəsrətin yüksək poetik ifadəsinə görə seçilən şairlər də var. CamalYusifzadənin "Hara gedim?" şeiri dostu Seyran Səxavətə ünvanlanıb vəo şeirdə çağdaş Azərbaycan şairinin təkcə arzuları ifadə olunmayıb, həm də"Şair və Qarabağ" problemi öz əksini tapır. Bakıda havası çatmayanCamal Yusifzadə Seyran Səxavətə üz tutub deyir ki, hara gedim, hayana,Turanamı, İranamı, Londonamı, Parisəmi, Dubayamı? Yox, heç birinə..

Bəlkə?..Bəlkə Qarabağa?

Silahla,tək!

Kim öləcəkbiz getməsək?

Payızdı dag

Qabaqdan daqış gəlirg

Gedək görək

Qar düşübmüQarabağa?

Yaz əkini,payız şumug

Gübrə gərəktorpağa.

Bəlkəgedək?

Çətin olmazorda ölmək!

Başqa birşair - Adil Cəmil "Qarabağ" şeirində yazır: "Qarabağ-qiyamətəqalan qisas. Sulanan sulux, Qurumayan göz yaşı, Bütün dərdlərimizin başı,Yaxud, ümidimizə başdaşı. Könülsüz müharibə, məcburi seçim. Doğanaqdan keçməyənörkən, ya da uzanan sicim". Ancaq poeziya və şairlərimizin Qarabağamünasibəti heç də bu iki nümunə ilə məhdudlaşmır. Deyək ki, Ramiz Duyğununqələbəyə səsləyən şeirləri də var, Nazir Rüstəmin Şuşa həsrətini ifadə edənşeirləri də (Havam də əsirdi, suyum da əsir - Şuşa dağlarını duman bürüyür.Axtarma günahkar, günah bizdədi- Şuşa dağlarını duman bürüyür). Başqa bir şair- Əli Nəcəfxanlı bu həsrəti ziləqaldırır:

Şuşanıgörmədim gözümdolusu,

Şehliçiçəklərin gözü yaşardı.

Turşsuyunsuları ilğıma döndü,

Daşlarınaltında qaldı Daşaltı.

Şuşanıgörmədim gözümdolusu,

Gileyədağların maralı gəldi.

Mənə yaylıqverin, başıma örtüm,

NatəvanBakıya yaralı gəldi.

Şuşanıgörmədim gözümdolusu,

Mənəm innənbelə boynubükülü.

Ölüncəyaramın qanı dayanmaz,

Üstünəqoymasan xarı bülbülü.

Öncə qeydedildi ki, Qarabağ mövzusunda yazılan şeirlərin sayı olduqca çoxdur. Amma bufikri 2011-2012-ci illərin poeziyasına aid edə bilmirik. Çoxluqdan və bədiisəviyyədən şikayətlənməyə əsas var idi, amma indi azlıqdan narazılıq etməkolar. Təbii ki, indi şeir, ümumiyyətlə, bədii əsər "propiska" yoluilə, göstərişlə yazılmır. Ancaq bu, elə ağrıdır ki, onu unutmaq olmaz.

(ardıolacaq)

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV