adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyul 2019 10:16
31223
DÜNYA
A- A+

KÖRPÜLƏNİN, AY TÜRKLƏR, TÜRKİYƏNİ QOYMAYIN TƏKLƏNƏ

Vaxtilə belə bir yazı yazmışdım. Və görürük ki, bütün dünya, ABŞ başda olmaqla bütün Avropa ölkələri Türkiyəni təkləyiblər. Sayın Ərdoğanın apardığı müstəqil siyasət onları bərk narahat edir. Xüsusilə də Rusiya ilə yaxınlaşması ABŞ-ı və Avropa Birliyini çilədən çıxarıb. Sayın Ərdoğanı Türkiyənin əmin-amanlığı, özlərinin dediyi kimi, bekası narahat edir. O da təbii ki, bu mənada qətiyyətli addımlar atır. S-400-lərin Türkiyəyə gətirilməsi onun müdrik və ağıllı siyasətinin nəticəsidir. ABŞ və Avropa Türkiyəni hava hücumlarından əliyalın buraxmaq istəyirdi. Alınmadı.

Həm ABŞ, həm də Avropa ölkələri qardaş ölkəyə sanksiyalar tətbiq edəcəyini söyləyirlər.

Qırx ildi İrana sanksiyalar tətbiq edirlər, nə qazanıblar? Əksinə, İran oturub fikirləşdi, papağını qabağına qoydu və özünün müdafiəsi üçün hər şey əldə elədi, hətta nüvə bombası hazırladı. Düzdür, əhali bir az korluq çəkdi, amma eybi yox, dövlət qürurunu və qüdrətini saxladı.

İndi Türkiyədə də əhali bir az korluq çəkə bilər, amma min illərin Türkiyəsi öz qürurunu və qüdrətini saxlayacaq.

ABŞ, eybi yox, sən Türkiyəyə «F-35»-ləri satma, o da gedib Rusiyadan «F-35»-lərdən güclü «Su-52»-lər alar.

Bir daha deyirəm, körpülənin, ay türklər, Türkiyəni və Ərdoğanı təklənməyə qoymayın.