adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2019 10:08
27633
SİYASƏT
A- A+

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Ölkədə iki AXCP var: biri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş Əli Kərimlinin sədrlik etdiyi AXCP, biri də qeydiyyatdan keçməmiş, yəni qeyri-leqal Razi Nurullayevin başqanlıq etdiyi AXCP.

Yadıma 93-cü il düşdü. Ulu Öndər hakimiyyətə qayıdıb və Ağdamda iki YAP yaradılıb. Biri Qara müəllimin (familiyasını unutmuşam, Maarifin müdiri idi), biri də Zəminə Dünyamalıyevanın (millət vəkili oldu və sonradan Rəsul Quliyevin partiyasına keçdi) rəhbərlik etdiyi YAP. Qırğın gedir, o deyir əsl YAP mənəm, bu deyir mənəm.

Götürdüm qəzetdə onlara bir müraciət yolladım. Dedim, niyə bir-birinizi qırırsız, belə edin dana, biriniz işğal olunmayan ərazilərdə fəaliyyət göstərin, biriniz də işğal atında olan ərazilərdə, məsələ həll olunsun.

Zəminə xanımın rəhbərlik etdiyi partiya redaksiyaya hücum elədi və mənim elə bir cavabımı və hikkəmi gördü ki, kabinetimdən çıxdılar.

İndi bu iki AXCP arasında dava gedir. Dostlar, bir-birinizi qırmayın, sizə də məsləhət görürəm ki, biriniz işğal olunmamış ərazilərdə fəaliyyət göstərin, biriniz də Pakistandan iki atom bombası alıb işğal olunmuş ərazilərdə fəaliyyət göstərin .

Bu məsləhətim eyni zamanda Azərbaycan Xalq Hərəkatına da aiddi. Onlar da Hərəkat oturuşmamış iki yerə bölünüblər.