adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyul 2019 14:07
10904
HADİSƏ
A- A+

Ulucay Akifdən uşaqlar üçün şeir: Dələ

Bu gördüyün balaca
Şipşirin bir dələdir.
Fındıqları çox sevir,
Quyruğu da şələdir.

Sən hələ bu dələnin
dişlərinə bax görüm.
Dişrəyiylə gördüyü
işlərinə bax görüm!

Onun gözəl dişləri,
ağappaq bir incidir,
Çox güclüdür, möhkəmdir,
Həmişə birincidir!

Sən də əgər istəsən
dişlərin bəyaz olsun,
Dişlərini fırçala!
Ay mənim şirin balam!