adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyul 2019 12:11
5821
HADİSƏ
A- A+

Ərəb turist Bakıda qadını döyüb? - RƏSMİ AÇIQLAMA

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videomaterialla bağlı açıqlama yayıb.

Adalet.az-ın xəbərinə görə, idarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkədə Nərimanov rayonunda ərəb turistin küçədə qadını döyməsi ilə bağlı yayılan məlumat RPİ-də araşdırılıb:

"Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib".