adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Iyul 2019 11:29
9065
MƏMLƏKƏT
A- A+

Qoruqların ərazilərini idarə etmək üçün yeni sistem yaradılacaq

Qoruqların ərazilərini idarə etmək üçün rəqəmli informasiya-kommunikasiya sistemi yaradılacaq.

Trend-in məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə əsasən, beynəlxalq təcrübəni nəzərə almaqla, qoruqların ərazilərini idarə edilməsi sahəsində elmi-texniki nailiyyətlər tətbiq ediləcək.

Bununla yanaşı, mərkəz öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında” qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edəcək.