adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Iyul 2019 10:32
8443
GÜNDƏM
A- A+

Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT

2019-cu il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13198,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun 10563,2 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,3 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il iyun ayının 1-nə 8622,9 milyon manat olub.

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,92 manata, 100 Rusiya rubluna – 2,61 manata bərabər olub.