adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Iyul 2019 10:18
16457
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: TƏKLİK

Yenə qaldım əlində
Canı yanmış təkliyin...
Məni arxasız görüb -
Tənha sanmış təkliyin...

Nəm gözümdə parladı
Qəm sözümdə xarladı...
Ruhumu tumarladı -
Məni anmış təkliyim...

Bax bu da son civara
Səsim dəyir divara...
Etdi yenə avara -
Məni danmış təkliyim...

Öpüb sən adlı pirin
Tamsındım şirin -şirin...
İndi anladım sirrin -
Vaxtsız banmış! - təkliyim...