10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı
İyulun 7-də 10 aylıq körpə Ələkbərli Türkel Cavid oğlu valideynləri tərəfindən Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yüksək hərarəti olan T.Ələkbərli Mingəçevir xəstəxanasında dünyasını dəyişib.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü T.Ələkbərlinin ölümü barədə aparılan araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-i tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatı və baş vermə səbəbləri haqqında izahatları alınıb:
"Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb”.(oxu.az)
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03