adalet.az header logo
  • Bakı 20°C
16 Iyul 2019 16:43
9970
GÜNDƏM
A- A+

Dövlət Sərhəd Xidmətinin rəisi tapşırıqlar verdi

Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib.

DSX-dən verilən məlumata görə, ənə­nəvi ola­raq Dövlət Bayrağı Mey­da­nında təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luq­çuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən DSX-nin rəisi ge­neral-pol­­­kovnikElçin Quliyevgənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar ar­zu­layıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sər­həd­çisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına,Prezident İlham Əli­­yevinAli Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzm­lə xidmət edəcəklərinə, Azərbaycan sər­həd­çi­si adı­nı daima uca tuta­caq­larına inamını ifadə edib.

Azərbaycan Sərhəd Müha­fizəsinə göstərilən qayğı sayəsində əldə olun­muş xidməti nailiyyətlər haqqında məlumat verilmiş, dövlət bay­ra­ğı­mı­zın qı­sa müddətdə iş­ğal­dan azad olunacaq şəhər və kənd­ləri­mizdə dal­ğa­­lanacağı,Heydər Əliyevdövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərininAli Baş Komandanınbütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc za­bit­lər "Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib.

DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əli­yevin məza­rını və Şəhidlər Xiyabanını ziyarət ediblər.