adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Iyul 2019 13:37
6024
HADİSƏ
A- A+

Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.