adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyul 2019 12:43
8550
GÜNDƏM
A- A+

Gömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürüb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 65 milyon 160 min manat olub.

Bu haqda Komitədən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 483 milyon 957 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 424 milyon 239 min manat, aksizlər üzrə 136 milyon 798 min manat, yol vergisi üzrə isə 20 milyon 165 min manat təşkil edib.