adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2019 11:33
16658
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR XƏYAL ŞEİRİ

Ortada bir şam - ürək
Utancaq, həm xam ürək...
Ala bilmir kam, ürək -
sevgidən...

Göz dolu qara bulud
Didilmiş - yara , bulud!
Çəkilir dara bulud -
sevgidən...

Sinədə qollar çataq
Boş otaq... soyuq yataq...
Sükuta bir daş ataq -
sevgidən!..

... hənir duysun dodaqlar
Nur geyinsin otaqlar...
Qoy isinsin yataqlar -
sevgidən!..