adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Iyul 2019 17:17
24272
İDMAN
A- A+

Futbolçuların həmkarlar ittifaqı yaradılacaq

Bu gün Azərbaycan futbolunun tanınmış veteranları, simaları bir araya gəliblər. Tədbirə toplaşanlar futbolçuların hüquqlarının qorunması, sosial vəziyyətinin təminatını müdafiə edəcək həmkarlar təşkilatının yaradılmasına ehtiyac olduğunu vurğulayıblar. Artıq bununla bağlı müəyyən təşkilatı məsələlərin həyata keçirildiyini vurğulayan Nazim Süleymanov bildirib ki, futbolumuzun sabahı, problemləri, futbolçuların sosial təminatı, onların hüquqlarının qorunması üçün belə bir təşkilatın yaradılmasına ehtiyac var. Bununla bağlı AFFA-ya müraciət etdiklərini vurğulayan N.Süleymanov AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən dəstəkləndiklərini bildirib. Artıq təşkilata 100-dən çox idman ictimaiyyətinin üzv olduğunu qeyd edən N.Süleymanov yaxın zamanlarda təşkilatın qeydiyyata alınması üçün müvafiq qurumlara, o cümlədən, Həmkarlar İttifaqı Konfederasiyasına müraciət edəcəklərini bildirib.

Tədbirdə dəvət olunmuş deputatlar Aqil Abbas və Fazil Mustafa çıxış edərək belə bir təşkilatın yaranmasının vacibliyini qeyd ediblər və təşkilatçılara dəstək olacaqlarını bildiriblər.