adalet.az header logo
  • Bakı 18°C
15 Iyul 2019 16:02
22598
KRİMİNAL
A- A+

Ticarət mərkəzində 44 min 500 manatlıq oğurluq

Lökbatanda ticarət mərkəzində oğurluq edən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44 500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.