adalet.az header logo
  • Bakı 16°C
16 Iyul 2019 10:20
15280
GÜNDƏM
A- A+

Ulucay Akif Peterburqu sökür

Peterburqda Nizami Gəncəvinin heykəli. Heykəli görəndə elə sevindim ki. Sonra birdən qorxdum. Tez heykələ yaxınlaşdım. Qorxdum ki, birdən onun fars şairi olduğu yazılar. Əgər elə yazılsa, nə edəcəyimi bilmirdim. Yaxşı ki Azərbaycan şairi və mütəfəkkiri olduğu yazılmışdı. Dolma və lavaş davası edərək mədəniyyət təbliğ olunmur. Heç kimə dolmanın, ya lavaşın kimə aid olduğu maraqlı deyil. Əsas olan mədəniyyət və incəsənət adamlarının təbliğatıdır. Fəxr edəndə, məhz bu insanlar və onların yaratdığı əsərlərlə fəxr etməliyik.