adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil Abbas:ERMƏNİLƏRƏ ABİDƏ QOYAN HEYKƏLTƏRAŞ ƏRDOĞANA QALİB GƏLDİ?!

AQİL ABBAS
43839 | 2019-07-16 10:01

2005-ci ildə Qarsın AKP-li bələdiyyəbaşkanı Naif Əlibəyoğlunun çıxartdığıbir qərarla şəhərin ən hündür yerində erməni-türk qardaşlığına həsr olunmuş bir abidə ucaldılmağa başlamışdı.24,5 metr hündürlüyündə olan bu abidəninmüəllifi Mehmet Aksoy idi. Həmin abidənin təxminən 30-35 kilometrliyində yerləşənİrəvanda türk düşmənliyini özündə əks etdirən girdirmə «erməni soyqırımı» abidəsi var.

Qarsda ucaldılmış bu abidəni Ermənistan sərhədində gözlə görmək mümkün idi.

O vaxt Qars camaatı bu abidənin əleyhinəçıxmışdı. Eləcə də Azərbaycan ictimaiyyəti,əsasən Azərbaycan türklərininyaşadığı Qarsda belə bir abidəninucalmasına öz qəti etirazını bildirmişdi.

Həmin dövrdə ölkəmizin tanınmış jurnalistlərindən ibarət nümayəndə heyətiiki dəfə Qarsa səfər etmiş, şəhərin valisivə bələdiyyə başqanı ilə, eləcə də ictimaiyyəti ilə görüşlər keçirmiş və etirazlarını bildirmişdilər.

Həmin dövrdə Qarsdakı baş konsulumuzHəsən Zeynalov Türkiyənin aidi nazirlikləri, qurumları ilə bu məsələni müzakirəeləmiş və nəhayət, son tamamlama işləri gedənabidənin tikintisi dayandırılmışdı.

İctimaiyyətin kəskin etirazlarına baxmayaraq, abidə sökülməmişdi.

2011-ci il iyunun 14-də dönəminbaş bakanı sayın Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bu abidəni «Ucubeheykəl» adlandırmış və sökülməsi haqqındatəlimat vermişdi.

Beləcə, heykəl sökülmüşdü. Heykəlin sökülməsinə təxminən200 min lirədən çox xərc çəkilmişdi.

Sonradan zatı məlum olmayan heykəltəraşMehmet Aksoy işi məhkəməyə daşımışdı. Türkiyədə də bilirsiz də, məhkəmələr çox sürətləişləyir: bəzən beş il, bəzən on il, bəzənon beş il çəkir, bəzən adam ölüb qurtarır,məhkəməsi isə qurtarmır.

Nəhayət, 9 ildən sonra məhkəmə qərar verdi:Mehmet Aksoy qalib gəldi. Heykəl yenidən bərpaolunacaq və hələ hökumət də Aksoya10 min lirə təzminat ödəyəcək.

Təbii ki, məhkəməninbelə qərar qəbul etməsinin kökündə son günlər Ermənistanda Iqdır,Qars vəVan şəhərlərinin dostlaşması, erməniziyalılarının, millət vəkillərinintez-tez bu şəhərləri ziyarət etməsidə durur.

Beləliklə, qardaş olur Hayastan-Türkiyə!

Həmin o heykəlin şəklini sizlərə təqdim edirik. Diqqət edin, görəcəksiniz ki, heykəl erməni heykəltəraşlığı məktəbinəaiddi.


Sizə bir şəkil də təqdim edirik. Bu abidənin müəllifigörkəmli memarımız Cəfər Qiyasidir. Iqdırda ucaldılıb, ermənilərin türklərə qarşı apardığı soyqırımı özündə əks etdirən bir muzey və möhtəşəmbir abidədir. Ən maraqlısı da odur ki, hava aydın vəgünəşli olanda bu Boz qurd qılınclarının başında ermənilərin gözünüqamaşdıracaq ikinci bir günəş doğur.

Bizim qorxumuz odur ki, hadisələr beləcərəyan edərsə, ermənilərin xətrinə bu möhtəşəmabidə sökülə bilər.


TƏQVİM / ARXİV